Xəbər xətti

Yazarlar


Namiq Dəlidağlı



Rublika
Arxiv
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu

Cəfər Cabbarlının ev muzeyində “Cəfər Cabbarlı günü” keçirilib - ŞƏKİLLƏR

Baxılıb: 3123     Tarix: 11-06-2019 14:22   
Cəfər Cabbarlının ev muzeyində “Cəfər Cabbarlı günü” keçirilib - ŞƏKİLLƏR

Xızı rayon Cəfər Cabbarlı ev muzeyində “Cəfər Cabbarlı günü” keçirilib

Sumqayitfakt.Az-ın verdiyi xəbərə görə, tədbir Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi, Xızı rayon Cəfər Cabbarlı ev muzeyi və Bakı şəhər Cəfər Cabbarlı ev muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirə ev sahibliyi edən Sumqayıt Regional Mədəniyyət idarəsinin Xızı rayon nümayəndəliyi üzrə baş məsləhətçisi Möhsün Bağırov və Bakı şəhər Cəfər Cabbarlı ev muzeyinin direktoru Qəmər Bağırova çıxış edərək belə tədbirlərin yüksək əhəmiyyətindən danışıb, bundan sonra da davam edəcəyini bildiriblər.

Sonra söz-sənət ustalarının, elm və incəsənət xadimlərinin, Azərbaycan Respublikasnın Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələrinin ədibin yaradıcılığı, zəngin ədəbi irsi, keşməkeşli həyat yolu ilə bağlı çıxışları dinlənilib.

Daha sonra şagirdlərin ifasında Cəfər Cabbarlının şeirləri dinlənilib.

Sonda məşhur kamança ifaçısı, Xalq Artisti Şəfiqə Eyvazova və qızı Mehri Əsədullayeva, Əməkdar artist Rəşad İlyasovun ifasında Cəfər Cabbarlının sözlərinə yazılmış mahnılar, xalq və bəstəkar mahnıları, o cümlədən, instrumental musiqi və muğamlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti











Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər