Xəbər xətti

Yazarlar


Namiq Dəlidağlı



Rublika
Arxiv
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu

Xurmanın qabığında çatlar varsa, soyulursa...

Baxılıb: 369     Tarix: 08-06-2019 23:28   
Xurmanın qabığında çatlar varsa, soyulursa...


Xurma yağlı və üstü ləkəli olmamalıdır.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Məhbubə Hasilova bildirib.

Mütəxəssisin xurma barədə məqaləsini təqdim edirik:

İlin hər fəslində xurma yeyilir. Tərkibində insan orqanizmi üçün faydalı qida lifləri olan xurma ideal qida vasitəsidir. Xurmanın tərkibində 15 mineral maddə var və A, B1, B3, B6, B12, C, D, E vitaminləri ilə zəngindir. Bir çox xəstəliklərin müalicəsinə müsbət təsir göstərir. Gün ərzində uşaqların 3, böyüklərin isə maksimum 7 ədəd xurma qəbul etməsi onların günlük mineral və vitaminlərə tələbatlarının bir qismini təmin edir.

Sumqayitfakt.Az e-tibb.az-a istinadən bildirir ki, xurma beta-karotinlə zəngindir. Beta-karotin hüceyrələrə mənfi təsir göstərən maddələri tənzimləyərək, xərçəngin yaranmasının qarşısını alır. Araşdırmalar nəticəsində xurmanın antioksidant təsirə malik olduğu üzə çıxıb.

Antioksidantlar damarların tıxanmasının, xərçəngin və tez qocalmanın qarşısının alınmasında faydalıdır.

Xurmanın tərkibində olan B1 və B2 vitaminləri qaraciyərin fəaliyyətinin yaxşılaşmasında və sinir yorğunluğunun aradan qaldırılmasında xüsusi rol oynayır.

Xurmanın tərkibindəki maddələr metabolizmi (maddələr mübadiləsini) yaxşılaşdırır, insanların tez sağalmasına kömək edir.

Xurma insanı tez doyduran və gümrah saxlayan qidalardan biridir.

Araşdırmalara görə, xurmadan daimi istifadə edən insanların mədə-bağırsaq sistemi daha sağlam olur. Xurma alarkən bir sıra xüsusiyyətlərə diqqət edilməlidir.

Əgər xurma lətli və şirəlidirsə, onun xarlanmamasına diqqət etmək lazımdır.

Əgər xurma qurudursa, bu zaman onun içinin qurdlanıb-qurdlanmamasına və həddindən artıq quru olmamasına diqqət yetirilməlidir.

Xurma nə bərk, nə də çox yumşaq olmalıdır.

Qabığında çatlar varsa, qabığı soyulursa, bu o deməkdir ki, xurma süni üsullarla qurudulub. Belə xurmanı almaq məsləhət görülmür.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər