Xəbər xətti

Yazarlar


Namiq Dəlidağlı



Rublika
Arxiv
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Ən çox oxunanlar
Sorğu

Ailədaxili zorakılığa məruz qalan qadınların dəli olmaq riski artır – İlginc araşdırma

Baxılıb: 332     Tarix: 08-06-2019 16:28   
Ailədaxili zorakılığa məruz qalan qadınların dəli olmaq riski artır – İlginc araşdırma
İngiltərədə Birminhem Universiteti tərəfindən aparılan bir araşdırma sübut edb ki, ailədaxili zorakılığa məruz qalan qadınların ciddi psixi xəstəliklərə tutulma riski 3 dəfə daha artıqdır.

Sumqayitfakt.Az xəbər verir ki, nəticələri British Journal of Psychiaty jurnalında yayımlanan araşdırma İngiltərədə ailədaxili zorakılığa məruz qalan və yaşadıqlarını həkimlərinə danışan 18 min 547 qadın üzərində həyata keçirilib. Bu qadınlar illərlə izlənib və əlamətləri ailədaxili zorakılığa məruz qalmayan, bənzər yaşlarda 74 min qadınla müqayisə edilib.

Birminhem Universitetində araşdırma sənədi hazırlayan heyətə rəhbərlik edən həkim Kot Sinqh Çandan bildirib ki, “Ailədaxili zorakılığın nə qədər geniş yayıldığını düşünsək, bu ikisinin bir-birinə bağlı olduğunu başa düşməniz və bundan zərər görən qadınların həyatlarını yaxşılaşdırmağa çalışmağımız vacibdir”.

1995-2017-ci illər dönəmini araşdıran heyətin gəldiyi nəticəyə görə, həkiminə ailədaxili şiddət şikayəti ilə getdiyi zaman qadınların yarısının həmin vaxt ruhi problemlər yaşadığı üzə çıxıb.

Araşdırma ailədaxili zorakılığa məruz qalan qadınların depressiya, şizofreniya və görmə problemlərinə yaxalanma risklərinin də üç qat artıq olduğunu göstərib.

İngiltərədə qadınlara yardım təşkilatı Agendadan yardım alan bir qadın da BBC-yə verdiyi açıqlamada ailə daxili şiddətin insanın xarakterini dəyişdirdiyini söyləyib.

“Yuxusuzluq çəkirəm. Ya lap çox yeyirəm, ya da çox az. İnsanlara heç etibar etmirəm, onları özümə yaxınlaşdırmıram. Bu səbəbdən də bir çox dostluğum bitib” deyib.

Eyni qadın xəstəxanaya getdiyi zaman həkimlərin ona inanmadıqlarını da bildirib.

İngiltərədə rəsmi cinayət statistikasına görə, hər dörd qadından biri ailədaxili şiddətə məruz qalır. Amma həkim araşdırmalarına istinad edən son rəqəmə görə, bu qadınlardan sadəcə 0,5 faizi bunu ailə həkiminə açıqlayır. Mütəxəssislər hesab edir ki, polis həkimlərə bu sayaq halları bildirərsə, daha faydalı olar.

İngiltərədə Psixiatrlar Krallıq Kollecindən Dr. Beena Rajkumar, ailədaxili şiddətin əqli sağlamlıq üzərində dağıdıcı təsiri olduğunu deyib. Həkim Beena Rajkumar, “Sosial işçilər üçün ailədaxili zorakılıq araşdırma və qeydiyyat altına alma ilk sırada olmalı və bunu yaşayan qadınlar üçün təsirli müdaxilələr təcili olaraq tətbiq edilməlidir” dedi.

Londonda Kingq College Psixiatriya İnstitutunda çalışan profesor Luis Hovard da bu çalışmanın müşahidəyə istinad etdiyini və səbəblər mövzusunda konkret sübutlar gətirmədiyini bildirdi.musavat.com

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər