Xəbər xətti

Yazarlar

Namiq Dəlidağlı




Rublika
Arxiv
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Heç bir xəstəliyi olmaya-olmaya özünü xəstələndirən insanlar

Baxılıb: 252     Tarix: 15-05-2019 09:20   
Heç bir xəstəliyi olmaya-olmaya özünü xəstələndirən insanlar

Heç bir xəstəliyi olmaya-olmaya özünü xəstələndirən insanlar Munchausen (mançauzen) sindromu nədir?

Sumqayitfakt.Az kaspi.az-a istinadən psixoloq Günel Qurbanovanın yazısını təqdim edir.

1951-ci ildə İngiltərədə xəstəxanaları gəzib, saxta xəstəlik hekayələri danışan və ehtiyacı olmadığı halda, cərrahi müdaxilələr tələb edən müəyyən insanlar təyin edildi. Mançauzen sindromunu yaşayanların, "hipoxondriya"sı olan və ya "təşviş pozuntusu" olan insanlardan fərqi ondadır ki, bu insanlar heç bir xəstəliyinin olmadığını bilir. Probleminin olmadığını bildiyi halda, özlərində xəstəliyin simptomlarını yaradırlar.

18-ci əsrdə bu sindromu yaşayan ən məşhur insan olan alman baronu Karl Friedrich von Munchausendən ilhamlanaraq, həkimlər bu sindroma onun adını vermişlər. Bu sindromu olan insanlar, həkim müayinəsinə, ya da təcili servisə əsaslı olmayan kliniki simptomlarla müraciət edirlər. Müalicəsi bitmədən xəstəxanadan çıxır və qısa müddət sonra eyni simptomlarla xəstəxanaya müraciət edirlər. Bu insanlar, ən ağıllı müşahidəçiləri belə aldada biləcək psixi problemi olan insanlardır.

Bu insanların keçmişində əsasən valideyn qayğısından məhrum olma, tərkedilmə qorxusu, valideyn itkisi və ya şiddət görmə kimi travmalar olur. Xəstəxana işçiləri və həkimlər həmin insanlar üçün qayğı və sevgi mənbəyi kimi qəbul edilir. Qeyd olunmuş məqsədlə, xəstəliyin əlamətlərini özləri öz üzərində süni şəkildə yaradırlar. Məsələn, öz bədənini yaralayır və yaraladığı bölgəyə nəcisindən bulaşdıraraq infeksiya problemləri yaradır, boğazını iç tərəfdən kəsərək özünü qan qusurmuş kimi təqdim edir, uşaqlar üçün olan pudranı nəfəs yoluna çəkərək süni asma əlamətləri yaradır və s. bu kimi bir çox ağlagəlməz yollardan istifadə edirlər. Bu yollarla öz məqsədlərinə çataraq, diqqət mərkəzində olur, yüzlərlə xəstəxanaya müraciət edir, dəfələrlə əməliyyat olunurlar.

1977-ci ildə mançauzen sindromunun fərqli növü təyin olundu. Bu uşaq istismarı sayıla bilən "Vəkalətən Mançauzen sindromu"dur. Bu sindromu yaşayan insan özündə yox, baxmalı olduğu uşaqda xəstəliyin simptomlarını yaradır. Sindrom adətən gənc analarda müşahidə olunur. Məsuliyyətini daşıdığı "xəstələnmiş" uşaq üçün əlindən gələni edir və hətta təcili müdaxilələr edərək, başqalarının gözündə "xilaskar" titulunu qazanır. Övladını itirməmək üçün saatlarla, günlərlə xəstəxanada qalır və onun yanından bir saniyə də olsa ayrılmır. Beləliklə, ətrafındakılarda canla-başla iş görən, hörmət olunan ana obrazı yaradır.

Bu hissləri yaşamaq üçün uşağın ifrazat testinə öz qanından bulaşdırır, boya içirdib qusdurur, insulin iynəsini sağlam olan uşağına tətbiq edir, hətta qidalardan uzaq tutub inkişafını ləngidir. Bu və buna bənzər bir çox süni yolla uşaqlarda klinik əlamətlər yaradır. Hər nə qədər süni olsa da, bu əlamətlərin yaradılması uşaqların həyatı üçün ciddi təhlükə yaradır.

Müalicəsi zamanı mütləq professional psixoloji yardım lazımdır. Sindromun irəliləmə səviyyəsinə görə psixiatrik dəstəyə də ehtiyac ola bilər.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər