Xəbər xətti

Yazarlar

Namiq Dəlidağlı




Rublika
Arxiv
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Qida borusunun iltihabı: ezofagit nədir? – Qıcqırmanın əsas səbəbi

Baxılıb: 327     Tarix: 14-05-2019 21:35   
Qida borusunun iltihabı: ezofagit nədir? – Qıcqırmanın əsas səbəbi


Hazırda az qala hər 3 nəfərdən birində rast gəlinən, mədəni zondla müayinəsində diaqnoz olaraq təyin edilən ezofagit - mədə yanması, qıcqırma, qida borusuna yemək qalığı və mədə şirəsinin sıçraması ilə xarakterizə olunan qida borusu divarının iltibabi xəstəliyidir.

İlk öncə xəstələrin ciddi qəbul etmədiyi, sadəcə gəyirmə, yanma, qıcqırmadır deyib yan keçdiyi patologiya getdikcə dərinləşərək, iltihab sahəsi dərinləşir və məhz ezofagit gələcəkdə qida borusu xərçənginə səbəb ola bilir.

Sumqayitfakt.Az medicina.az-a istinadən Azərbaycanda da geniş yayılmış bu xəstəliyin səbəbləri və əlamətlərini, eləcə də çıxış yolunu təqdim edir:

Qida borusu divarının iltihabının əsas səbəbi: reflüksdür. Həkimlərin QERX dediyi, qastroezofagel reflüks xəstəliyi qida borusu ilə mədə arasında qida ötürülməsinin pozulmasıdır. Normada qida həzm sistemində bir istiqamətdə getməlidir: qida borusudan mədəyə, ordan bağırsağa və s.

Bu orqanların hərəsinin fərqli turşu mühiti var. Mədə şirəsini mədədə tutub saxlayan dairəvi əzələ-sfinkterdir. Əgər sfinkter hər hansı səbəbdən zəifləsə, funksiyasını icra edə bilməsə, mədə turşusu geri qida borusuna axıb düşür. Bu şirə isə parçalayıcı xassəyə malik olduğundan, selikli qişanı aşılayır, yandırır, iltihabi ocaq yaradır, yaralayır.

Xəstəlik hətta uşaq və gənclərdə də rast gəlinir. Bəzən körpələrdə anadangəlmə həmin əzələnin tam inkişaf etməməsi nəticəsində yaranır.
Getdikcə dərinləşən reflüks yaşlı insanlarda xroniki hala keçib, yeməkdən sonra, gecələr və səhər yuxudan oyanan kimi güclü yanğı, ürəkbulanma, qıcqırma, hətta qaytarma kimi tutmalarla xəstəni incidir.

Digər səbəblər:


-Qida borusunun travması, yad cismin düşməsi
-Yandırıcı maddələr içilməsi: spirt, sirkə, dərman, kimyəvi maddə
-Allergiya - xüsusən balıq, süd, bal kimi məhsullara allergiyası olanlar bu qidaları yedikcə qida borusu zədələnir
-Bakteriya mənşəli infeksion ezofagit - göbələk, virus, bakteriyaların həzm sisteminə düşməsi

-Ezofagit xəstəliyi digər ağır xəstəliklərin fonunda sürətlə inkişaf edir: diabet, onkologiya, QİÇS, hepatit və s.
-Bir çox dərman və antibiotiklərin uzun müddət istifadəsi: aspirin, tetrasikln, ibuprofen. Dərman içəndə onu çox su ilə tez udmaq lazımdır.
-Yanlış qidalanma səbəbi: daha çox yağlı, qızardılmış, turş, duzlu qidalar yeyənlərdə, çox isti çay içənlərdə, aşılayıcı qazlı içkilər, spirtli içkilər içənlərdə yaranır

Ezofagit xəstəliyi olanların qısa müddət sonra mədəaltı vəzi, 12 barmaq bağırsağı, mədəsi, qaraciyəri əziyyət çəkir.

Əsas əlamətləri:


-Udmada çətinlik
-Mədə arxası, ürək tərəfdə yandırıcı ağrı
-Qida borusunda sıxılma, düyün hissi
-Quru öskürək, səsin dəyişməsi
-Səhərlər ürəkbulanma

Müayinə:


Bu kimi əlamətlərdə qastroenteroloqa yazılıb, zondla müayinə olunmaq lazımdır. O zaman həkim açıq-aydın bütün qida borusunun və əzələnin vəziyyətini görəcək. Ən təhlükəli məqam həmin hissənin maliqnizasiyasıdır. Zədələnmiş nahiyəda yara dərinləşib, alt toxumaları zədələyib xərçəngə çevrilir.

Müalicə:


Ezofagitin növündən asılı olaraq dərman müalicəsi yazılır, pəhriz təyin edilir. Ağır hallarda əzələnin bərpası üçün əməliyyat tələb oluna bilər.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər