Xəbər xətti

Yazarlar

Namiq Dəlidağlı




Rublika
Arxiv
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Baş ağrısına səbəb olan ƏRZAQLAR

Baxılıb: 327     Tarix: 14-05-2019 18:48   
Baş ağrısına səbəb olan ƏRZAQLAR
Miqren müxtəlif səbəblər nəticəsində meydana gələ bilər.

Sumqayitfakt.Az xəbər verir ki, miqren hücumlarının bir çox səbəbləri istifadə etdiyiniz məhsullarla bağlıdır. Dietoloq Sezen Çetinkaya mövzuyla əlaqədar məlumat verib.

O, bildirib ki, ərzaqların tərkibindəki qatqı maddələri sinir yollarına təsir edərək ağrı yaradır. Miqren xəstələri üzərində aparılan bir çox araşdırmada məlum olub ki, şokolad, pendir, spirt və stress kimi amillər baş ağrısını yaradan əsas səbəbləridir.

Tiramin, histamin və feniletilamin, monosodyum qlutamat, nitrat, nitrit, spirtli içkilər və kofein baş ağrısına səbəb olan maddələrdir.

Tiramin

Metabilizmdə çox rast gəlinən amin növüdür. Qan təzyiqinin artmasına səbəb olur və miqren ağrısını şiddətlənir. Tiramin kiflənmiş pendirdə, qurudulmuş və ya fermentləşdirilmiş ət məhsullarında, soya sousu, sitrus meyvələri, konservləşdirilmiş ərzaqlarda, yerfıstığı və spirtli içkilərdə yüksəkdir.

Feniletilamin

Farmakoloji baxımdan tiraminlə eyni təsirə malikdir. Kakaonun tərkibində olan bir maddədir. Şokoladda kofein, feniletilamin və s. kimi kimyəvi maddələr noradrenalin ifrazını və serebral qan dövranını dəyişdirərək baş ağrısına səbəb ola bilər.

Monosodyum qlutamat

Qlutamik turşunun sodium duzudur. Hazır şorba, konserviləşdirilmiş ət , konservantlar, tamat və s. kimi çox hazır yeməklərə daxildir.

Kafein

Qəhvə, çay, şokolad və s. ərzaqlara daxil edilən kofeinin təsiri qəbul edilən dozaya görə dəyişir. Kofein qan-beyin bariyerindən keçir və beyində 20 dəqiqəlik terapevtik səviyyəyə çatır. Daimi yüksək kofein qəbulunun anidən azalması da baş ağrılarına səbəb olur.

Aclıq

Aclıq serotonin hormonlarının azalmasına və stress hormonlarının ifrazına təsir göstərir. Bundan əlavə, hipoqlikemiya da ağrını şiddətləndirir.

Araşdırmalar nəticəsində məlum olub ki, qlutensiz pəhriz miqren hücumlarını azaldır. Ekspertlər iddia edir ki, qluten toksik təsiri nəticəsində bir çox nevroloji simptomlara səbəb olur.publika.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər