Xəbər xətti

22-05-2019

21-05-2019

Yazarlar

Namiq Dəlidağlı




Rublika
Arxiv
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Ən çox oxunanlar
Sorğu

İradə İbrahimova: Bizi ağac kəsənlərlə əlbirlikdə ittiham edirlər

Baxılıb: 328     Tarix: 14-05-2019 17:30   
İradə İbrahimova: Bizi ağac kəsənlərlə əlbirlikdə ittiham edirlər
Yalançı vətənpərvərlik göstərənlər haqsız yerə nazirliyi ittiham edirlər.

Sumqayitfakt.Az-ın məlumatına görə, bunu ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova nazirlikdə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bəzi şəxslər Ekologiya və Təbii Sərvətlər Nazirliyini haqsız olaraq, ağac kəsənlərlə əlbir olmaqda ittiham edir:

“ETSN ağacların məhv edilməsinə qarşıdır, bütün vasitələrlə təbiətə belə qəddar münasibətin qarşısının almağa çalışır. Ancaq yalançı vətənpərvərlik göstərənlər haqsız yerə bizi ittiham edirlər. ETSN ağacların kəsilməsinə və ya yaşıllıq sahəsinin bilərəkdən yox edilməsinə çalışanlara hər zaman qarşı durub və duracaq.

Təəssüf ki, bəziləri bu məsələlərdə haqsız yerə bizi ittiham edir, bir neçə il əvvəlki, köhnə məlumatları yayır, ETSN-ni günahlandırmağa, kollektivin gördüyü işlərə kölgə salmağa çalışır. Yalançı vətənpərvərlik göstərib, əsassız ittiham edirlər ki, guya biz ağac kəsənlərlə əlbirik. Nədə əlbirik? Bu heç bir məntiqə sığmır, hansı həkim öz xəstəsinin ölümündə maraqlı olar?

Biz sağlam və şəffaf fəaliyyətimizi davam etdiririk. Bir daha əminliklə bildiririk ki, nazirlik ağacların kəsilməsinə, yaşıllıqlara qəddar münasibətə qarşıdır və əksinə, paytaxtda və regionlarda kütləvi surətdə ağac əkilməsinə, yaşıllıq sahələrinin miqyasının genişləndirilməsində maraqlıdır”.

İradə İbrahimova qeyd edib ki, yaşıllıq altına düşən sahələrdə tikinti işlərinin aparılması bəzən ağacların kəsilməsi kimi arzuolunmaz hallar yaradır və bu, dərhal ETSN tərəfindən adekvat reaksiya ilə qarşılanır:

“Çox sevindiricidir ki, artıq belə vəziyyətlərdə ictimaiyyət də reaksiya göstərir, bizə dəstək verir, media orqanları məsələni diqqətdə saxlayır”.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər