Xəbər xətti

Yazarlar

Namiq Dəlidağlı




Rublika
Arxiv
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Vətənə daha bir dəhşətli XƏYANƏT - içəridən!

Baxılıb: 290     Tarix: 13-05-2019 22:41   
Vətənə daha bir dəhşətli XƏYANƏT - içəridən!

Azərbaycanın Milli Kulinariya Mərkəzinin rəhbəri - ölkəmizin baş kulinarı, Dünya Kulinariya Assosiasiyasının nüfuzlu üzvü olan, illərlə gərgin mübarizələrdən sonra DOLMA-nln ermənilərin yox, Azərbaycanın qədim milli xörəyi olduğunu sübut etmiş professor Tahir Əmiraslanov 30 ildən artıq idi ki, ermənilərin həmin nüfuzlu təşkilata üzv olmasının qarşısını qətiyyətlə alırdı.

Lakin vaxtilə Tahir müəllimin yan-yörəsində, həndəvərində hərlənən, onun əliylə çörəyə çatmış bəziləri - "sapı özümüzdən olan baltalar" gizli yolla ermənilərlə əlaqə quraraq, onların Dünya Kulinariya Assosiasiyasına yol açmalarına xəyanətkarcasına vasitəçilik etməkdədirlər. İndi həmin daxili düşmənlərimizə arxalanan xarici düşmənlərimiz - erməni daşnakları orda-burda bəyanatlar yayırlar ki, Tahir Əmiraslanovu o beynəlxalq təşkilatda nüfuzdan saldlqdan, neytrallaşdırdıqdan və yaxın zamanlarda Ermənistan ora üzv olduqdan sonra bütün qədim Azərbaycan xörəklərinin ermənilərin milli xörəkləri olduğunu sübut edəcək, Azərbaycan üzərində daha bir mənəvi qələbəyə nail olacaqlar.

Əziz həmvətənlər, gəlin birləşərək, bu dəhşətli xəyanətin xalqa çatdırılmasına, düşmən tərəfə işləyən nankorların, satqınların ifşasına nail olaq! Bunu indi etməsək, çox mühüm olan daha bir cəbhədə məğlubiyyətə düçar ola bilərik.

Gəlin, öz qətiyyətli mövqeyimizlə, kəskin mübarizəmizlə daxili düşmənlərin xəyanətkar niyyətlərinin qarşısını qətiyyətlə alaq! Bunu təkcə Tahir Əmiraslanovun yox, bütün xalqımızın, Vətənin, onun keçmişinin, bugününün və sabahının müdafiəsi, qorunması tələb edir! Gəlin, hamılıqla haqqın, ədalətin müdafiəsinə qalxaq, "sapı özümüzdən olan" daxili düşmənlərin əl-qol açmasına imkan verməyək!

T.Əmiraslanovun bioqrafiyasından: "1991-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM) yaradılmış və ilk gündən Tahir Əmiraslanov həmin təşkilata rəhbər təyin edilmişdir.

1992-ci ildə Tahir Əmiraslanovun əməyi sayəsində Azərbaycan sabiq SSRİ məkanından və türk dünyasından Ümumdünya Kulinariya Təşkilatları Birliyinə qəbul edilən ilk və yeganə ölkə olmuşdur.

T.Əmiraslanov 1998-ci ildən YUNESKO-nun Beynəlxalq Xalq Yaradıcılığı Təşkilatının üzvü, 2000-ci ildən Ənənəvi Qida Komitəsinin sədr müavini, 2004-cü ildən sədridir. Rusiya Kulinariya Assosiasiyasının vitse-prezidenti, Dünya hakimlər kollegiyasının üzvüdür. Fransa Kulinariya Akademiyasının, Malta, Rumıniya, Yerusəlim, BƏƏ-nin və s ölkələrin Kulinariya Assosiasiyalarının fəxri üzvüdür. Gürcüstan Millı Elmlər Akademiyasının həqiqi üzvüdür.

2018-ci ildə Beynəlxalq Elmlər Akademiyasına həqiqi üzv seçilmışdir".

P.S. Təəssüf ki, Tahir müəllimdən əlavə məlumatlar almaq istəsək də, onunla əlaqə qura bilmədik. Yəqin ki yaxın günlərdə onunla əlaqə yaratdıqdan sonra daha ətraflı məlumatlar əldə edə biləcəyik.

Arif KAZIMLI

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər