Xəbər xətti

Yazarlar

Namiq Dəlidağlı




Rublika
Arxiv
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Kamran Əliyev: “Satılır” sözünə görə heç bir sürücü cərimələnə bilməz

Baxılıb: 329     Tarix: 13-05-2019 12:50   
Kamran Əliyev: “Satılır” sözünə görə heç bir sürücü cərimələnə bilməz
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) maşınların üzərində “Satılır” sözü yazanların cərimə edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
İdarənin Yol Patrul Xidmətinin (YPX) şöbə rəisi, polis polkovniki Kamran Əliyev oxu.az-a açıqlamasında bildirib ki, son bir neçə ildə belə bir açıqlama verməyib:
“Ötən gün mətbuatda mənim adımdan avtomobillərin üzərində “Satılır” sözü yazanlara cərimə tətbiq ediləcəyi ilə bağlı məlumat yayılsa da, mən son bir il ərzində heç bir media qurumuna belə açıqlama verməmişəm.

Ola bilər ki, 3-4 il əvvəl avtomobillərin üzərinə “Satılır” sözü yazıb və piyada səkilərində uzun müddət saxlayan piyadaların hərəkətinə maneə olan sürücülərlə bağlı verdiyim açıqlamadan istifadə ediblər. Həmin vaxt mən maşınların səkidə saxlanmasına görə cərimələnməsi haqda danışmışam”.

“Avtomobillərin üzərində olan və onun hansı şirkətə məxsus olduğunu bildirən loqotiplər reklam sayılmır. Yalnız hansısa məhsul avtomobilin üzərində qanunsuz reklam olunduqda, sürücü cərimə oluna bilər”, - deyə şöbə rəisi qeyd edib.

Qeyd edək ki, mətbuatda üzərinə “Satılır” elanı vurulmuş avtomobillərə görə 2000 manatadək cərimə tətbiq ediləcəyi barədə xəbər yayılıb.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər