Xəbər xətti

19-04-2019

17-04-2019

Yazarlar
Namiq Dəlidağlı





Rublika
Arxiv
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Ən çox oxunanlar
Sorğu

Bakıda 9 yaşlı məktəbli döyüldü

Baxılıb: 369     Tarix: 15-04-2019 21:36   
Bakıda 9 yaşlı məktəbli döyüldü
Paytaxtın Yasamal rayonunda yerləşən 158 saylı orta məktəbdə şagirdlərdən biri özünü pis hiss edib, məktəbə təcili tibbi yardım çağırılıb.

Sumqayitfakt.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a faktı təsdiqləyib. Abubəkirov deyib ki, saat 17:02-də məktəbdən çağırış qəbul olunub. Təcili yardım hadisə yerinə cəmi 5 dəqiqəyə çatıb. 9 yaşlı şagird qapalı kəllə-beyin travması diqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun bədəninin müxtəlif nahiyələrində döyülmə izi olub. Uşaq Klinik Tibbi Mərkəzə Təhsil Nazirliyinin nümayəndələrinin müşahidəsi ilə gətirilib. Uşağın həyatı üçün təhlükə yoxdur.

Xəstəxanadan verilən məlumatda isə deyilir ki, uşağın anası da yanındadır. Uşaq evdə döyüldüyünü deyib.

158 nömrəli orta məktəbdən bildiriblər ki, ibtidai sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) müəllimə müraciət edərək ayaqlarının ağrıdığını bildirib.

Şagirdin bədəninə baxış keçirilən zaman müəyyən edilib ki, onun hər iki ayağının yuxarı nahiyəsində çoxsaylı göyərmələr var. Uşaqla aidiyyəti şəxslərin iştirakı ilə söhbət aparılıb. Uşaq evdə atası tərəfindən döyüldüyünü bildirib.

Uşağın müayinəsi məqsədilə təcili-tibbi yardıma müraciət olunub və azyaşlı xəstəxanada həkim nəzarətindən keçirilib.

Operativ olaraq faktın araşdırılması və zəruri qanuni tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına və Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya müraciət olunub.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma aparılır.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər