Xəbər xətti

21-04-2019

Yazarlar
Namiq Dəlidağlı





Rublika
Arxiv
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Ən çox oxunanlar
Sorğu

“Zirə” “Sumqayıt”ı qəbul edir, “Qarabağ” "Sabah"a qarşı

Baxılıb: 236     Tarix: 13-04-2019 15:15   
“Zirə” “Sumqayıt”ı qəbul edir, “Qarabağ” "Sabah"a qarşı

Bu gün Topaz Premyer Liqasında XXIV tura start veriləcək.

Sumqayitfakt.Az matc.az-a istinadən xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk olaraq aşağı pillələrin sakinləri "Zirə" ilə "Sumqayıt" münasibətlərinə aydınlıq gətirəcəklər. Birincilərin meydanında keçiriləcək oyun iki komandanın turnir cədvəlindəki yerdəyişməsi ilə nəticələnə bilər. Bunun üçün qonaqlar qələbə qazanmalıdır. "Zirə"nin qalibiyyəti isə Samir Abasovun yetirmələrinin son sıralardan bir az da uzaqlaşmasına səbəb olacaq.

Əsas diqqətlər isə "Qarabağ" - "Sabah" oyununda olacaq. Çempionluq yolunda bir xal itkisinə belə dözümü olmayan Ağdam klubu özü üçün uğursuz rəqibi qarşısında bu dəfə büdrəməməyə çalışacaq. Səbəb heç də rəqib "Sabah"ın güclü olması deyil. Sadəcə, çempionatın debütantı Qurban Qurbanovun kollektivi üçün arzuolunmaz rəqibdi. Təsadüfi deyil ki, bu komandalar arasında II və III dövrədə keçirilən qarşılaşmada bərabərlik qeydə alınıb.

Sabahkı qarşılaşmaya hər iki komanda itki ilə çıxacaq. Düzdü, "Qarabağ"da təkcə cəzalı Bədavi Hüseynov olmayacaq ki, Yakub Jezniçak və Rahil Məmmədov kimi oyunçular onun boşluğunu doldurmaq iqtidarındadılar. Ancaq "Sabah"ın itkiləri daha ciddidi. Cinah müdafiəçisi Təmkin Xəlilzadə və dayaq yarımmüdafiəçisi Erik Ramos cəza ucbatından meydana çıxa bilməyəcək. Həmçinin Elşən Abdullayev də zədədən əziyyət çəkir.

Topaz Premyer Liqası

XXIV tur

13 aprel (şənbə)

16:00. "Zirə" - "Sumqayıt"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Zirə İdman Kompleksinin stadionu

18:30. "Qarabağ" - "Sabah"

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Rüfət Əmirov

Tofiq Bəhramov adına Respublika Stadionu


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər