Xəbər xətti

21-04-2019

Yazarlar
Namiq Dəlidağlı





Rublika
Arxiv
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Ən çox oxunanlar
Sorğu

Abşeron sakinin toya bir gün qalmış evi söküldü - ŞƏKİL

Baxılıb: 393     Tarix: 12-04-2019 18:50   
Abşeron sakinin toya bir gün qalmış evi söküldü - ŞƏKİL
Jurnalist İlkin Pirəli sosial şəbəkə hesabında Abşeron rayonu Saray qəsəbəsində sabah toy mərasimi keçiriləcək evin icra başçısının tapşırığı ilə sökülməsi barədə məlumat paylaşıb.
Məsələ ilə bağlı Abşeron rayonu İcra Hakimiyyətindən oxu.az-a açıqlama verilib.

Qurumun mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəyli qeyd edib ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən söküntü işləri aparılmır.

“Rayonun Saray qəsəbəsində mənzilin sökülməsi məhkəmə icraçıları tərəfindən həyata keçirilib. Belə ki, iki vətəndaş arasında olan mübahisəyə məhkəmədə baxılıb. İddiaçı Gülmalıyev Vahid Abbas oğlu ona aid olan torpaq sahəsinin Hüseynov Raqif Əjdər oğlu tərəfindən zəbt edilərək mənzilin tikildiyini önə çəkib və adıçəkilən şəxsi məhkəməyə verib.

Sözügedən mübahisəyə Abşeron Rayon Məhkəməsində baxılıb və 18.02.2015-ci il tarixində çıxarılmış qətnaməyə əsasən Hüseynov Raqif Əjdər oğlu tərəfindən inşa olunmuş qanunsuz tikintinin sökülməsi barədə qərar verilib. Bundan sonra qarşı tərəf məhkəmənin qətnaməsindən müvafiq instansiyalara müraciət etsə də yenə də qətnamə qüvvədə saxlanılıb. Nəticədə məhkəmə icraçıları tərəfindən qanunsuz tikili sökülüb”, - deyə o S.Qasımbəyli bildirib.

Onun sözlərinə görə, Abşeron RİH tərəfindən hər hansı bir söküntü işləri aparılmır.

“Təəssüf ki, vətəndaşların bəziləri “məhkəmə icraçıları” deyəndə Rayon İcra Hakimiyyəti kimi başa düşür”, - deyə o sözlərinə əlavə edib.

Qeyd edək ki, jurnalist İ.Pirəlinin sosial şəbəkədə yazdığına görə, Saray qəsəbəsində aprelində 13-də toy mərasimi olacaq ailənin evini yerlə-yeksan ediblər.

Dağıldılmış evin görüntülərini paylaşan jurnalist gəlinin cehizlərinin - qablarının və divanın qırıldığını qeyd edib.




Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər