Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Problemli kreditlərlə bağlı kompensasiya ödənişinin vaxtı məlum oldu

Baxılıb: 364     Tarix: 13-03-2019 16:30   
Problemli kreditlərlə bağlı kompensasiya ödənişinin vaxtı məlum oldu
Problemli kreditlərlə bağlı kompensasiyaların qaytarılması və kreditlərin restruktrizasiyası ilə bağlı mexanizm martın 15-də açıqlanacaq. Kompensasiyaların verilməsinə isə ən geci aprel ayının ortalarından başlanılacaq.

Sumqayitfakt.Az xəbər verir ki, banklarda bu kreditlərlə bağlı xüsusi İşçi qrup işləyir və hər bir müştəri ilə bağlı məlumatların toplanılması sona çatmaq üzrədir.

İşçi qrupa bankın kredit, müştəri şikayəti üzrə mütəxəssisləri, İdarə Heyətinin üzvləri daxildir.

Hazırda banklar gərgin rejimdə çalışırlar və gün ərzində həm telefon zənglərinə, həm də banka gələn müştərilərə məlumat verilir.

Problemli kreditlərin çox olduğu banklarda bəzən mindən çox zəngə cavab vermək lazım gəlir, üstəlik, hər bir verilən sual rəsmiləşdirilərək, günün sonunda Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərilir.

Qeyd edək ki, ölkə banklarının arasında problemli kreditlərin həcminə görə “Bank of Baku” ASC və “Unibank” ASC-də daha çox müştəri var. Ona görə də bu bankların şöbə və filialları “yüklənmiş iş rejimi”ndə çalışırlar. Xüsusən banklardan kredit tarixçələri ilə bağlı çıxarış alanların sayı çoxdur.

İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, banklar tərəfindən bu proses elektronlaşdırılacaq və vətəndaşın adına kart açılacaq. Banklar hər bir müştəriyə zəng vuraraq ona bütün məlumatları çatdıracaqlar və növbəli qaydada kompensasiyalar ödəniləcək. Aprelin ikinci yarısıından sonra əlaqə saxlanılmadığı halda vətəndaşın banka müraciət etməsi məsləhət görülür.

V.Bayramovun sözlərinə görə, kredit götürənin əvəzinə borcu zamin ödəyibsə, ona fərdi yanaşma tətbiq ediləcək və kompensasiyanın ödənişindən onlar da yararlanacaqlar.oxu.az


Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər