Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

«Azərikimya» İB ilə ADNSU-nun əlaqələri genişlənir - ŞƏKİLLƏR

Baxılıb: 377     Tarix: 12-03-2019 18:04   
«Azərikimya» İB ilə ADNSU-nun əlaqələri genişlənir - ŞƏKİLLƏR

Bu gün SOCAR-ın «Azərikimya» İstehsalat Birliyində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, texnika elmləri doktoru, professor Mustafa Babanlının başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Sumqayitfakt.Az xəbər verir ki, “Azərikimya” İB-nın aparıcı mütəxəssislərinin də iştirak etdiyi görüşü giriş sözü ilə açan «Azərikimya» İstehsalat Birliyinin Baş direktoru İmran Arzumanzadə qonaqları səmimi salamlamış və növbəti dəfə belə bir təşəbbüsdə olduqları üçün ADNSU-nun rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Qonaqlara təqdimat vasitəsilə «Azərikimya» İB-nin Etilen-polietilen zavodunada həyata keçirilən yenidənqurma və modernizasiya layihələri, perspektiv planlar haqqında məlumat vermiş, kadr hazırlığı məsələləri, respublikamızın aparıcı ali təhsil ocaqları ilə qurulan əlaqələr və bu qarşılıqlı faydalı əməkdaşlığın ali təhsil ocaqlarına, kimya sənayesinə, ümumilikdə isə respublikamıza verəcəyi töhfələrdən söhbət açmışdır.

Qeyd olunmuşdur ki, “Azərikimya” İB-nin ADNSU ilə birbaşa əməkdaşlığı 2015-ci ildə ilk dəfə Universitetin 5 nəfər tələbəsinin Birliyin vasitəçiliyi ilə əvvəlcə “Etilen-Polietilen” zavodunda, sonra isə Türkiyənin Petkim Petrokimya Holding A.Ş.-də ödənişsiz yay təcrübəsində iştirakı ilə başlamışdır. Bu əlaqələr sonrakı illərdə də davam etdirilmişdir.

Ümumilikdə isə, 2015-2018-ci illər ərzində “Azərikimya” İB-nin Etilen-Polietilen zavodunda ADNSU-nun 19 tələbəsinin və 9 məzununun ödənişli, 200 nəfər tələbəsinin isə ödənişsiz istehsalat təcrübəsi təşkil edilmişdir. Bu təcrübələrin və qarşılıqlı əməkdaşlığın nəticəsi olaraq “Azərikimya” İB-nin Etilen-Polietilen zavodunda işlə təmin olunan və müvəffəqiyyətlə çalışan ADNSU məzunlarının sayı da kifayət qədərdir. Hazırda universitetin 119 nəfər müxtəlif ixtisaslardan olan tələbəsi Etilen-Polietilen zavodunda ödənişsiz istehsalat təcrübəsi keçir.

Səmimi qəbula, tələbələrə göstərilən diqqət və qayğıya görə «Azərikimya»nın rəhbərliyinə minnətdarlığını ifadə edən Mustafa Babanlı ADNSU-da həyata keçirilən islahatlar haqqında geniş məlumat vermişdir. Bu islahatların daha faydalı xarakter alması üçün “Azərikimya” İB-nin mütəxəssislərinin davamlı olaraq universitetin auditoriyalarında çıxışlarının, tədris proqramlarının, həmçinin müdafiə mövzularının hazırlanmasında yaxından iştirakının vacibliyi vurğulanmışdır.

Görüşdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi üçün hər iki tərəfdən işçi qrupun yaradılması və birgə fəaliyyət Proqramının hazırlanaraq həyata keçirilməsi təşəbbüsü irəli sürülmüş və bu istiqamətdə işlərə start verilməsi üçün ümumi razılığa gəlinmişdir.














Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər