Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında yubiley tədbirləri keçirilib - ŞƏKİLLƏR

Baxılıb: 385     Tarix: 12-03-2019 11:49   
Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında yubiley tədbirləri keçirilib - ŞƏKİLLƏR

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə “Fəqət ölən deyil onun sənəti” adlı ədəbi-bədii gecə keçirilib.

Sumqayitfakt.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” müvafiq sərəncamına əsasən keçirilən tədbiri giriş sözü ilə açan multimedia mütəxəssisi Leyla Mahmudova əvvəlcə iştirakçılara C.Cabbarlının həyatı və zəngin yaradıcılığı haqqında məlumat verib, ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələrdən danışıb, “Mən bir solmaz duyğuyam ki...” başlıqlı sərgi haqqında xülasə verib. Sonra Cəfər Cabbarlının həyat və yaradıcılığını əks etdirən qısa sənədli film və “Almaz” pyesi əsasında hazırlanmış kompozisiya nümayiş olunub. Daha sonra ədibin qələmə aldığı şeirləri oxucular Jalə Həsənli (Olsun qoy), Fatma Həsənli (Mənim tanrım), Rəsul Vəliyev (Salam), Nihad Mustafayev (Ölkəm), Fidan Şahvələdova (Ana), Nərmin Hüseynova (Azərbaycan bayrağına), Nənəş İsmayılova (Mən bir susmaz duyğuyam ki...), Rəhman Kişiyev (Olmasın) həzin musiqi sədaları altında ifa ediblər.

Kitabxanada daha bir tədbir azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilib.

“Nəsillərə yadigar əfsanəvi qəhrəmanlıq” adlı tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova İsrafil Məmmədovun şanlı həyat və döyüş yolu haqqında məlumat verib. Sonra oxuculardan Yusif Abbaszadə, Məhəmməd Məhərrəmli, Xədicə Xələfova, Arzu Ayadzadə, Dəniz Məmişova, Leyla Bayramovanın və digərlərinin ifasında Səməd Vurğunun, Mirmehdi Seyidzadənin və Osman Sarıvəllinin İsrafil Məmmədova həsr edilmiş şeirləri əsasında hazırlanmış bədii kompozisiya dinlənilib, qəhrəmanın şərəfli həyat yolundan bəhs edən sənədli film nümayiş olunub. Sonda kitabxananın fondunda olan tarixi, sənədli və bədii ədəbiyyatları özündə əks etdirən “Odlu illərin səlnaməsi” adlı kitab sərgisi haqqında xülasə verilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti






Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər