Xəbər xətti

15-02-2019

Yazarlar





Rublika
Arxiv
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
Sorğu

AFFA Qarabağda keçiriləcək Avropa çempionatı ilə bağlı hansı addımı atacaq?

Baxılıb: 234     Tarix: 10-02-2019 14:40   
AFFA Qarabağda keçiriləcək Avropa çempionatı ilə bağlı hansı addımı atacaq?

"Biz bu yarışın keçiriləcəyini öyrənən vaxtdan mübarizə aparırıq".

Sumqayitfakt.Az xəbər verir ki, bu barədə sputnik-ə AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla məlumat verib.

2019-cu ildə Müstəqil Futbol Federasiyaları Konfederasiyasının (CONIFA) himayəsi altında, Dağlıq Qarabağ ərazisində BMT və Azərbaycan tərəfindən tanınmayan ərazilərin milli komandaları arasında çempionat keçiriləcək. Yəni müstəqilliyi tanınmayan ərazilər arasında Avropa çempionatı baş tutacaq.

"Ötən ilin avqust ayında müəyyən olunanda ki, yarış "Dağlıq Qarabağda" keçiriləcək, AFFA rəhbərliyi dərhal məsələyə reaksiya verdi. AFFA onlara rəsmi müraciət etdi. FIFA və UEFA-ya, həmçinin CONIFA-nın mənzil-qərargahının yerləşdiyi və turnirin təşkil olunduğu İsveçin futbol federasiyasına etiraz məktubları ünvanladıq" – deyə Firuz Abdulla əlavə edib.

F.Abdulla onu da qeyd edib ki, AFFA 2019-cu ildə də CONIFA-nın təşkilatçılığı ilə qondarma "Dağlıq Qarabağ" Respublikasında keçirilməsi planlaşdırılan Avropa çempionatı ilə bağlı özünün səlahiyyəti çərçivəsində olan bütün hüquqi prosedurların yerinə yetirilməsini təmin edəcək. Bununla bağlı FIFA və UEFA-ya müvafiq müraciətlər göndəriləcək.

"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası olaraq, işğal altındakı Azərbaycan torpaqlarında elan olunmuş qondarma "Dağlıq Qarabağ" ərazisində CONIFA-nın təşkilatçılığı ilə keçiriləcəyi bildirilən Avropa çempionatını qəti şəkildə pisləyirik və buna qarşı mövqeyimiz dəyişməyəcək" - deyə AFFA-nın sözçüsü vurğulayıb.

Qeyd edək ki, ilk iki Avropa çempionatı 2015 və 2017-ci illərdə Macarıstanda və Şimali Kiprdə keçirilib. Özünü müstəqil elan edən "Dağlıq Qarabağ Respublikası" komandası yalnız CONIFA tərəfindən 2014-cü ildə təşkil olunan Dünya Çempionatına qatılıb. Həmin yarışda da məğlub olub.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər