Xəbər xətti

17-03-2019

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda Beynəlxalq Nənələr və Babalar Günü münasibətilə tədbir keçirilib - ŞƏKİLLƏR

Baxılıb: 3138     Tarix: 08-02-2019 20:50   
Sumqayıtda Beynəlxalq Nənələr və Babalar Günü münasibətilə  tədbir keçirilib - ŞƏKİLLƏR

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi, Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubu və AYB Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun Bilgəhdə yerləşən Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində tədbir keçirilib.

Sumqayitfakt.Az xəbər verir ki, tədbir Beynəlxalq Nənələr və Babalar Günü münasibətilə keçirilib. “Babam Şirin, nənəm Nabat, qonaq gəlib, noğul nəvən” adlı tədbirin keçirilməsində məqsəd yaşlı nəslin çəkdiyi əziyyəti qiymətləndirmək, onların diqqətdən kənarda qalmadığını göstərmək, eyni zamanda uşaqlara gələcəkdə də bu hörməti qoruyub saxlamağı aşılamaqdır.

Tədbirdə S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin nəznində fəaliyyət göstərən Sabir Sarvan adına Uşaq Poeziya Teatrının üzvlərinin ifasında Əhməd Cəmilin “Can nənə bir nağıl de” və Anarın “Sayların sərgüzəşti” adlı şeirləri əsasında hazırlanmış səhnəciklər nümayiş olunub, şeirlər dinlənilib.

S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin müdiri Yeganə Hüseynova, AYB Sumqayıt bölməsinin sədri şairə Gülnarə Cəmaləddin, yazıçı Hafiz İmamnəzərli, AMHİ Sumqayıt Komitəsinin sədri Şahin Şəfiyev çıxış edərək yaşlı nəslin nümayəndələrini təbrik edib, xoş arzularını çatdırıblar.

Sonra 4 saylı Diyarşünaslıq klubunun “Xəmsə” instrumental ansamblının ifasında instrumental musiqilər, gənc solistlər Bəbir Məmmədov, Sabir Məmmədzadə, Elməddin Eyyubovun ifasında şən mahnılar ifa ediblər.

Tədbirin sonunda sosial xidmət müəssisəsinin sakinlərinə hədiyyələr təqdim olunub.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti














Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər