Xəbər xətti

17-03-2019

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

“Geniş islahatlar aparılacaq” - Əbülfəs Qarayev

Baxılıb: 462     Tarix: 08-02-2019 12:44   
“Geniş islahatlar aparılacaq” - Əbülfəs Qarayev

Mədəniyyət naziri Əbülfəs Qarayev Tovuz rayonunda növbəti vətəndaş qəbulu keçirib.

Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, görüş fevralın 8-də Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib.

Qəbulda Tovuz, Ağstafa, Qazax, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarından vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qəbulda müraciətlərin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Nazir qəbuldan sonra mətbuata açıqlamasında yerlərdə vətəndaşlarla bu cür görüşlərin mədəniyyət sahəsinin inkişaf etdirilməsində əhəmiyyətini bir daha diqqətə çatdıraraq bildirib ki, budəfəki görüşdə sakinlərin musiqi məktəblərinin işinin gücləndirilməsi, yeni fənlərin tədris olunması, kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, mədəni irs abidələrinin qorunması və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Əbülfəs Qarayev Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli fərmanın icrası barədə də danışıb. O vurğulayıb ki, fərmana uyğun olaraq bu sahədə geniş islahatlar aparılacaq: "Bu zaman, ilk növbədə, insan faktoru diqqətdə saxlanılacaq, insanların öz işlərini itirməsi, kimlərinsə işdən azad olunmasından söhbət gedə bilməz. Aparılan islahatlar mədəniyyət sahəsində işlərin təkmilləşdirilməsinə, müasir texnologiyaların tətbiqinə, xidmətin səviyyəsinin yüksəldilməsinə xidmət edir".

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər