Xəbər xətti

17-03-2019

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Məcburi köçkün ailələrinə yeni mənzillər verilir - ŞƏKİLLƏR

Baxılıb: 376     Tarix: 07-02-2019 18:45   


Azərbaycanda sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların,o cümlədən məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu sahədə ardıcıl olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Son illərdə yeni ev və ya mənzillə təmin edilən məcburi köçkünlərin sayı artmaqdadır. Bakı və Sumqayıt şəhərlərində ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələrin problemlərinin həllinə isə xüsusi həssaslıq göstərilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu barədə verdiyi tapşırığın icrası davamlı xarakter daşıyır.

Sumqayitfakt.Az xəbər verir ki, bu gün Sumqayıt şəhərində qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkün ailələrin Abşeron rayonu ərazisində yeni istifadəyə verilmiş müasir tipli yaşayış kompleksindəki mənzillərə köçürülməsinə başlanılıb.

Məcburi köçkün ailələri tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş mənzillərə köçürülüb. Bundan başqa, mənzillərdə mərkəzləşdirilmiş internet və televiziya şəbəkəsi quraşdırılıb.

Dövlət vəsaiti hesabına inşa edilmiş kompleksdə yeni mənzilə köçürülən məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkür ediblər.

Xatırladaq ki, kompleksdəki 1000 mənzilin 77-si birotaqlı, 420-si ikiotaqlı, 406-sı üçotaqlı, 96-sı isə dördotaqlıdır. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Qəsəbə bütün zəruri infrastruktur obyektləri ilə təmin edilib.







Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər