Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

“Məqsədim təhsilin inkişafıdır” - Ekspert

Baxılıb: 250     Tarix: 11-01-2019 15:55   
 “Məqsədim təhsilin inkişafıdır”
“Tez-tez ekspertlərlə təhsilin mövcud vəziyyətini müzakirə edirik”

Son bir neçə gündür ki, sosial şəbəkədə təhsil eksperti Kamran Əsədovun Təhsil Nazirliyinə təklif xarakterli paylaşımları olur.

Həmin təkliflərin aidiyyatı qurum tərəfindən necə qarşılanması ilə bağlı ekspert açıqlama verib:

“İlk növbədə qeyd edim ki, Təhsil Nazirliyi həmişə təkliflərə açıq bir qurumdur. Onlar mütəmadi olaraq görüşlərdə təhsilin pillələri haqqında irad və təkliflərimizi bildirməyi istəyirlər. Mən də onların elektron ünvanlarına mütəmadi olaraq dünya təhsil təcrübəsi və yerli əmək bazarını nəzərə alıb təkliflər yollayıram. Amma yalnız görüşlərdə şifahi münasibət almışam. 3 ildir ki, dəfələrlə Təhsil Nazirliyinə göndərdiyim təkliflərə rəsmi olaraq münasibət bildirilməyib. Mən təklifləri təkcə Təhsil Nazirliyinə yollamıram, eyni zamanda Baş nazirə, Nazirlər Kabinetinə və hətta Kənd Təsərrüfatı Nazirliyinə də yollayıram. Amma onlar cavab verirlər. Biz tez-tez təhsil ekspertləri ilə təhsilin mövcud vəziyyətini müzakirə edirik, perspektivləri dəyərləndiririk. Əsas da hörmətli təhsil ekpserti, filosof Etibar Əliyev təkliflərimə xoş münasibət bildirir, o da fikirlərini bölüşür, təkliflərini verir.

Təhsil hamımızın evidir, hamımızın içərisində olduğumuz bir prosesdir. Ona görə də hər kəs bu sahənin yaxşı olmasını istəyir.

Rəsmi müraciətlərdən sonra hər iş günü 5 təklif layihəsini sosial şəbəkəyə gətirirəm. Əsas məqsədim odur ki, bu təklifləri birinci ictimai müzakirə edək, çatışmazlıqları bilək, yeni təklifləri ortaya çıxaraq.

Hesab edirəm ki, müvafiq qurum bu təkliflərdən istifadə edə bilər. Məqsədim təhsilin inkişafıdır, təhsilin inkişafına kicik də olsa xidmətimin olmasıdır”. aznews.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər