Xəbər xətti

16-01-2019

Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu

Bakıda qadını hipnoz edərək 4,3 min manatını əlindən aldılar - VİDEO

Baxılıb: 473     Tarix: 10-01-2019 21:51   

Dilənmək adı ilə girdikləri evdə ailə üzvlərini hipnoz vəziyyətinə salıb onlara qarşı soyğunçuluq edirlər.


Sumqayitfakt.Az
xezerxeber.az-a istinadən xəbər verir ki, son günlər bu cür cinayətlərə xüsusən də paytaxtda tez-tez rast gəlinir.

Belə bir cinayətə məruz qalan şəxslərdən biri paytaxtın Xətai rayonu, Naximov küçəsində yaşayan Rühəngiz Əhmədzadədir. Onun sözlərinə görə, bir neçə gün əvvəl iki qadın dilənmək adı ilə evinin qapısını döyüb. R. Əhmədzadə onlara müəyyən məbləğdə pul verərək kömək edib. Söhbət əsnasında onlar qadına həm də falçı olduqlarını və yaxın vaxtlarda həmin evdə xoşagəlməz hadisə baş verəcəyini deyərək mənzilə daxil olublar.

Həmin vaxt fırıldaqçı qadınlar ev sahibinə qapını içəridən bağlamağı da tapşırıblar ki, onlara heç kim mane olmasın. Rühəngiz Əhmədzadəni hipnoz etdikdən sonra deyiblər ki, onun qızıllarını ziyarətgaha aparıb təxminən 1,5 saatdan sonra özünə qaytaracaqlar.

Zərərçəkmiş deyir ki, qadınlar getdikdən yarım saat sonra hipnozdan ayılıb və təxminən 4,3 min manat məbləğində ziyana düşdüyünü görüb. İlk olaraq o, bu barədə ailə üzvlərinə xəbər verib.

Qadın özünə gəldikdən bir az sonra polisə də məlumat verib. Xətai rayon Polis İdarəsindən bildirilib ki, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilir.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər