Xəbər xətti

16-01-2019

Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu

Bəzi bələdiyyələrin adları dəyişib

Baxılıb: 241     Tarix: 10-01-2019 18:29   
 Bəzi bələdiyyələrin adları dəyişib
Prezident İlham Əliyev “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda aşağıdakı dəyişikliklər edilir:
1. “Ağsu rayonu” bölməsi üzrə:

12.15-ci sətirdə “Gürcüvan” sözü hər iki halda “Xanbulaq” sözü ilə əvəz edilsin.

2. “Astara rayonu” bölməsi üzrə:

13.6-cı sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Qamışovka” sözü “Qamışoba” sözü ilə əvəz edilsin.

3. “Goranboy rayonu” bölməsi üzrə:

3.1 23.1-ci sətirdə “Ağamalıoğlu” sözü hər iki halda “Düzqışlaq” sözü ilə əvəz edilsin;

3.2. 23.12-ci sətirdə “Əzizbəyov” sözü hər iki halda “Kəhrizli” sözü ilə əvəz edilsin.

4. “Göygöl rayonu” bölməsi üzrə:

4.1. 25.8-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Xanlar” sözü “Ağdağ” sözü ilə əvəz edilsin;

4.2. 25.24-cü sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Mixaylovka” sözü “Bənövşəli” sözü ilə əvəz edilsin.

5. “Xaçmaz rayonu” bölməsi üzrə:

5.1. 27.2-ci sətirdə “Alekseyevka” sözü hər iki halda “Çaykənarı” sözü ilə əvəz edilsin;

5.2. 27.26-cı sətirdə “Müqtədir” sözü hər iki halda “İstisu” sözü ilə əvəz edilsin;

5.3. 27.37-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Krasnı Xutor” sözləri “Şıxlı” sözü ilə əvəz edilsin.

6. “Xızı rayonu” bölməsi üzrə:

6.1. 28.2-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Çistı Klyuç” sözləri “Safbulaq” sözü ilə əvəz edilsin;

6.2. 28.10-cu sətirdə “Şuraabad” sözü hər iki halda “Şorabad” sözü ilə əvəz edilsin.

7. “Qazax rayonu” bölməsi üzrə:

33.7-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Kommuna” sözü “Bala Çaylı” sözləri ilə əvəz edilsin.

8. “Quba rayonu” bölməsi üzrə:

36.14-cü sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Novonikolayevka” sözü “Çaydüzü” sözü ilə əvəz edilsin.

9. “Qusar rayonu” bölməsi üzrə:

37.25-ci sətirdə “Şirvanovka” sözü hər iki halda “Şirvanlı” sözü ilə əvəz edilsin.

10. “Masallı rayonu” bölməsi üzrə:

40.12-ci sətirdə “Kalinovka” sözü hər iki halda “Viləş” sözü ilə əvəz edilsin.

11. “Oğuz rayonu” bölməsi üzrə:

42.3-cü sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Astraxanovka” sözü “Çaldaş” sözü ilə, “Vladimirovka” sözü “Çayqovuşan” sözü ilə əvəz edilsin.

12. “Saatlı rayonu” bölməsi üzrə:

12.1. 43.15-ci sətirdə “Xanlarkənd” sözü hər iki halda “Nabatkənd” sözü ilə əvəz edilsin;

12.2. 43.19-cu sətirdə “Qarayevkənd” sözü hər iki halda “Orta Muğan” sözləri ilə əvəz edilsin.

13. “Samux rayonu” bölməsi üzrə:

13.1. 46.12-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Lüksemburq” sözü “Köbər” sözü ilə, “Qırmızı Samux” sözləri hər iki halda “Qaraağaclı” sözü ilə əvəz edilsin;

13.2. 46.14-cü sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Əli Bayramlı” sözləri “Sarıqaya” sözü ilə əvəz edilsin.

14. “Şəmkir rayonu” bölməsi üzrə:

14.1. 50.27-ci sətirdə “Qasım İsmayılov” sözləri hər iki halda “Ağlavaşlı” sözü ilə əvəz edilsin;

14.2. 50.31-ci sətirdə “Muxtariyyat” sözü hər iki halda “Qədimqala” sözü ilə əvəz edilsin.

15. “Yevlax rayonu” bölməsi üzrə:

55.24-cü sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Bünyadabad” sözü “Yeni Çobankərə” sözləri ilə əvəz edilsin.



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər