Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Novruz bayramı ərəfəsində əfv sərəncamı gözlənilir

Baxılıb: 3114     Tarix: 10-01-2019 15:22   
Novruz bayramı ərəfəsində əfv sərəncamı gözlənilir


Bu il Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.

Bunu açıqlamasında Prezident yanında Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib. Ə.Nuriyev qeyd edib ki, ötən ilin may ayında Cümhuriyyətin 100 illiyilə bağlı Prezident tərəfindən imzalanan böyük əfv sərəncamı ilə 634 cəzadan azad edilib:

"O cümlədən onların arasında 609 nəfər azadlıqdan məhrumetmə cəzasının qalan hissədindən azad edilib. Həmin əfv sərəncamı miqyas etibarilə kiçik amnistiya da adlandırılır. Baxmayaraq ki, əfv və amnistiya tamamilə fərqli institutlardır”.

Hüquqşünas bildirib ki, əfv sərəncamları 2018-ci ilədək adətən Novruz bayramı ərəfəsində verilib:

"Bu səbəbdən də növbəti Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanması gözlənilir. Əfv Komissiyasının katibliyi və əfv sektoru daimi işləyir, müətmadi olaraq müraciətləri qəbul edir. Həmçinin, müraciətlərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş addımlar atılır. Bütün prosedurlar tamamlandıqdan sonra müvafiq arayışlar Əfv Komissiyasının sədri Ramiz Mehdiyevə təqdim olunacaq. Komissiyanın iclaslarının çağırılması cənab sədrə məxsusdur. Amma əfv sərəncamının verilməsi təbii olaraq, Prezidentin konstitusion səlahiyyətlərinə daxildir”./modern.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər