Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Rəsul Quliyev rus qadınla yayılan videosundan danışdı

Baxılıb: 3137     Tarix: 10-01-2019 09:24   
Rəsul Quliyev rus qadınla yayılan videosundan danışdı


Eks-spiker: “Bu hadisə 42-43 il bundan öncə olub”

Amerikada mühacir həyatı yaşayan eks-spiker Rəsul Quliyevin günlər öncə yayılan videosu gündəmdən düşmür. Video-süjet tənqidi xarakterlidir və ətraf mühiti çirkləndirən zavod rəhbərliyini hədəfə alıb. 22-ci qurultay adına zavodu videoda göstərilən tədbirdə o zaman baş mühəndisin təbiəti mühafizə üzrə müavini R.Quliyev təmsil edir.

Görüntülərdə açıq şəkildə görünür ki, gənc görünüşlü Rəsul Quliyev Yelena Zamaryonovanın qumbren iddiası qarşısında çalışdığı zavodu müdafiə etməyə çalışır.

Yayılan video ilə bağlı R.Quliyevin dedikləri: “Bu hadisə 42-43 il bundan öncə olub. Əgər siz videonu bütövlüklə göstərsəydiniz, məndə müəyyən bir fikir formalaşardı. Sovet dövründə Kommunist Partiyasının icazəsi ilə iki tipli intervülərə icazə verilirdi. Birincisi, partiya kiminsə ”evini yıxmaq" istəyirdisə, onun əleyhinə kimlərisə danışdırırdılar. İkincisi, məsələn, zavodun direktorunu və ya naziri çıxarmaq gündəlikdə olmurdu, sadəcə olaraq, ekoloji vəziyyət müzakirə olunurdu. İkinci halda rəhbərlik bu sahədə ən savadlı və işdən başı çıxanı TV-yə göndərirdi. O qadının hansı kombinatı təmsil etdiyini bilmirəm. Ancaq mənim bu sahədə kiməsə cavab verə bilməməyim və ya özümü məzlum aparmağım mümkün ola bilməzdi. Çünki işlədiyim elə bir sahə yox idi ki, kimsə məndən yaxşı bilsin. İstənilən işi görməmişdən öncə 1000 səhifələrlə müvafiq ədəbiyyat oxuyub və özüm eksperimentlər həyata keçirirdim. 28-29 yaşımda ixtiralarım və eksperimentlərim Moskva, Ukrayna və Belarusda da tətbiq olunurdu. Diqqətinizə çatdırım ki, bu müzakirələr Moskvanın mərkəzi kanalında da müzakirə olunub və mən orada da mütəxəssis kimi iştirak etmişəm. Ona görə də hansısa bir işlə bağlı kombinatın mühəndisinin qarşısında mənim cavab tapa bilməməyim absurddur"./musavat.com

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər