Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

70% valideynlər axmaqdır, onların ucbatından uşaqlar travma alır, zəhərlənir və ölür

Baxılıb: 2140     Tarix: 10-01-2019 09:05   
70% valideynlər axmaqdır, onların ucbatından uşaqlar travma alır, zəhərlənir və ölür


25 ildir reanimasiyada uşaqları ölümün caynağından xilas etməklə məşğul olan latviyalı həkim Peteris Klyava uşaqların üzləşdiyi ağır travmaların və ölümlə üz-üzə qalmalarının səbəbini valideynlərində görür.

Axmaq valideynlər, uşaqlarına əzab verməkdən sanki həzz alırlar - deyə həkim faktlara açıq gözlə baxmaq tərəfdarıdır.

Sumqayitfakt.Az medicina.az-a istinadən bildirir ki, uşaq ölümlərinin 90%-də günahkarın valideynlər olduğunu deyən həkim kiçik yaşlı uşaqları digər böyük uşaqların nəzarətində küçəyə, oynamağa buraxmağı ən axmaq addım hesab edir.

" Latviya Avropada yollarda avtombil vurmasından uşaq ölümü üzrə birinci yerdədir. Küçələrdə azyaşlı uşaqlar konki, rolik, velosiped sürür. Su mənbəyi olan yerlərdə dəstə-dəstə uşaq oynayır. Heç kim onlara nəzarət etmir. Sərxoş ata uşağa nəzarət edə bilməz. Uşağı maşına əyləşdirib, özü sərxoş yola çıxır. Uşaq qəzaları, travmaların 90%-i nəzarətsizlikdən olur. Sonra da xəstəxanada səslərini başlarına atıb, həkimin yaxasından tuturlar ki, uşağımı xilas et. Uşağı xilas etmək birinci valideynin borcudur.

Hər il yüzlərlə uşaq qaynar sudan, qazdan, ocaqdan, kimyəvi maddələrdən yanır. Ata-ana nə edəcəyini bilmir. Həkimə gətirənə kimi uşağın bədəninə yüz cür vasitə sürtür. Halbuki yanmış uşağa bir yardımınız ola bilər: yanmış nahiyəyə dərhal soyuq su tökmək. 3-5 dəqiqə soyuq su tökmək ağrını, yanığın dərinliyini azaldır.

Çox valideynlərdən bu dəqiqə soruşsan ki, beynində, fikrində tutduğun önəmli məqamlar nədir: çoxu iş, karyera, pul, ailə deyəcək. Amma heç kim uşaqlarımız təhlükəsizliyi deməyəcək. Uşaq öz-özünə böyüyəcək? Xeyr.

Valideyn diqqətsizliyi, laqeydliyi ucbatından kanalizasiya təmizləyən kimyəvi maddə içən 4 yaşlı qızı xilas edə bilmədik.

Digər elə zəhərli maddəni içən uşağı xilas etmişdik amma ona Avropada 200.000 avroluq qaraciyər köçürməsi etdilər.

Qadınlar o qədər axmaqdır ki, hamamda, mətbəxdə belə yuyucu vasitələri ən aşağı şkafda saxlayır. Benzini, krotu limonad qablarına tökürlər. Uşaq da elə bilir adi sudur, içir.

Heç bir iş, yorğunluq, vaxt sənin övladın qarşısında məsuliyyətini azaltmır. Uşaq istəyirsənsə, dünyaya gəlibsə baxacaqsan, qoruyacaqsan. Ona əzab verməyə sənin haqqın yoxdur. Hazır deyilsənsə, ağlı yoxdursa, valideyn olma.

Bəzən valideyn utanmadan deyir ki, uşaq qaçdı, özü açıb içdi, özü yıxıldı. Uşağı günahkar çıxarırlar.

Bir ata isə piknikdə manqalda uşağını yandırmışdı. Reanimasiyada gəlib əmr edirdi həkimlərə. Ona dedim: Sən manqalın yanında əmr etməliydin, burda yox. İndi gecdir artıq. Heç bir polis uşaq yanmasına, yıxılmasına görə valideyni tutmur, cəzalandırmır. Amma tutmalıdır. Uşaq həyatı bu qədərmi ucuzdur?
5 yaşlı uşaq Cola qabına süzülmüş sirkəni içirsə, ana tutulmalıdır.

Nənə yanında dəhşətli travma alan uşaqlar gəlir. Axı uşaq niyə qoca nənə yanında qalmalıdır? Niyə nənə ona baxmalıdır? Nənə də tutulmur.
Və yaxud ana çimərlikdə qaralır, saatlarla uzanıb, körpə də yanında. Uşaq elə yanmışdı ki, komaya düşmüşdü. Belə başsız beyinsiz anaların cəzası niyə olmamalıdır?

Elə şeylər var ki, baş verməməlidir? Uşaq özbaşına hardasa suya, quyuya yıxılmamalıdır, uksus,dərman, kimyəvi maddə içməməlidir, uşağı tək küçədə maşın vurmamalıdır, uşaq yanmamalıdır.


Bütün zəhərli maddələr mətbəxdə, qarajda, hamamda əlçatandır.
Yüzlərlə uşaq it qapmasından gətirilir. Velosiped sürəndə şlem taxmırlar.

Bu gün dünyaya gələn uşaqların 80% - i təsadüfən doğulub. Onlara cavabdeh olan valideynləri yoxdur. Uşaqlar axmaq kişi və qadının yanında böyüyür. İnsan heyvan deyil ki, çoxalsın və çölə buraxsın. Mən düşünürəm ki, qanunlar belə məsuliyyətsiz çoxalmanın qarşısını almalıdır. Hansı kişi qadın uşaq böyütməyin ağırlığını dərk edir və cavadehlik daşıyırsa, o da uşaq sahibi olsun. Cəmiyyətin borcu deyil sənin uşağını qorusun. Mənim də borcum deyil artıq ölən uşağı dirildim. İndi dünya gücləri insanların sayının azalmasına çalışır, onlar uşağın böyüyəndən sonra min yolla onu zəhərləyib, ömrünü azaldacaq.
Mən it pişiyə uşaqdan daha yaxşı baxıldığını görəndə dəli oluram. Bu sivilizasiya deyil.

Müharibə yoxdur, aclıq yoxdur, uşaqlar ölmür fikri boşdur.
Uşaqlar axmaq valideynlərinin səhvi ucbatından ölməkdə davam edir".


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər