Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Uşaqların məktəbdə təklənməsi: səbəblər və fəsadlar

Baxılıb: 3139     Tarix: 09-01-2019 16:39   
Uşaqların məktəbdə təklənməsi: səbəblər və fəsadlar
Oğlum, demək olar ki, bütün sinif yoldaşları tərəfindən təklənib. Təsəvvür edirsiniz, 30 sinif yoldaşı onu lağa qoyub, imkan düşsəydi, təpikləyə də bilərdilər. Mənim övladım xəstəliklərə həssasdır, fiziki baxımdan zəifdir, ona görə onların cavabını verə biləyib, bütün bunlara dözməli olub. Beləcə, düz iki il dözüb – altı və yeddinci siniflərdə oxuyanda, məni kədərləndirmək istəmirdi, ona görə də olanları məndən gizli saxlayıb.

Övladımı təkbaşına böyüdürəm, uşağın hələ üç yaşı olanda atası bizi ataraq, başqa ölkəyə köçüb. Səhərdən axşama kimi işdə oluram, ona görə də məktəbə nadir hallarda baş çəkirəm. Bir gün iş o həddə çatdı ki, evə çantasız gəldi, sinif yoldaşları onun çantasını gizlətmişdi.

Məcbur olub hər şeyi mənə danışdı. Oğlumu təkləyib ələ salmalarının əsas səbəbləri onun fiziki baxımdan zəif olması, ailəmizin maddi vəziyyəti və onun heç bir müasir smartfon və ya planşetə sahib olmaması idi.

Danışdıqlarım Bakının mərkəzi məktəblərindən birində baş verib. Oğlumu evin yanında yerləşən məktəbə köçürməli oldum. İndiki sinifi əvvəlki ilə müqayisədə sadədir. Bu il məktəbi bitirir, özünü yaxşı hiss edir və artıq onu təkləyən yoxdur, həmin acı xatirələr keçmişdə qalıb...

Sumqayitfakt.Az media.az-a istinadən xəbər verir ki, bu xoşagəlməz halla bağlı zərərçəkən yeniyetmənin anası Samirə Kazımova danışıb.

Təklənmə və ya bir çox dillərdə tədricən ümumişlək ifadəyə çevrilən “bullinq”ə faktiki olaraq hər bir məktəbdə rast gəlmək olar.

Valideyn övladının “bullinq”ə məruz qaldığını necə anlasın və sinif yoldaşları tərəfindən təklənən övladına necə yardım etsin?

Həkim-psixiatr Əziz Mustafayevin sözlərinə görə, son zamanlar Azərbaycan məktəblərində “bullinq” hallarının sayı əhəmiyyətli dərəcədə artıb.

“Təkcə ötən ay ərzində övladları sinif yoldaşları tərəfindən təklənən səkkiz valideyn müraciət edib. Apardığım müşahidələrə görə, belə halların sayı artır, bu isə onunla əlaqədardır ki, əksər məktəblərdə çox zəif psixoloqlar işləyir, onlar belə halların meydana gəldiyi ərəfədə problemi həll edə bilmir. Üstəlik, müasir dünyada valideynlər həddindən artıq məşğul olur, uşaqlarının dərdini dinləmək, problemlərini öyrənmək üçün onlara lazımınca vaxt ayıra bilmir.

Digər yandan “bullinq” problemi “cavanlaşır”. Bu yaxınlara qədər “bullinq” halları yeniyetməlik dövründə müşahidə olunurdusa, bu gün belə hallarla ibtidai məktəblərdə də rastlaşmaq olar. Valideynlər gərək uşağın davranışındakı şübhəli dəyişiklillərə fikir versin.

İştahın pozulması, yuxu ilə bağlı pozuntular, özünəqapanma, bütün bunlar uşağın məktəbdə sinif yoldaşları ilə münasibətlərində problemlərinin olduğuna işarə edə bilər. “Bullinq” faktı təsdiqini taparsa, problemi mütləq həll etmək lazım gəlir. Uşağı mütəxəssisə göstərmək vacibdir, ona görə ki, uşağın məsxərəyə qoyularaq təklənməsi dərin mənəvi yaralar qoya bilər və hətta intihara yol aça bilər”, - deyə A.Mustafayev bildirib.

“Etibarlı gələcək” təşkilatının icraçı direktoru Kəmalə Haşımovanın dediyinə görə, adətən, sinifdə “bullinq” bir yeniyetmənin təşəbbüsü ilə başlayır. O, daha çox sinif yoldaşının ona qoşularaq bir uşağı təkləməsini istəyir.

“Belə uşaqlar, adətən, problemi ailələlərdən çıxır; müntəzəm olaraq məişət zəminində münaqişələrin, uşaqlara qarşı zorakılıq hallarının yaşandığı ailələrdən çıxır. Nəticədə, bu neqativi çıxarmaq üçün uşaq özünə sinifdə şikar axtarır.

“Bullinq” qurbanları, adətən, xəstəliklərə həssas olan, fiziki baxımdan daha zəif uşaqlar olur. Həmçinin, aztəminatlı ailələrdən çıxan uşaqlar tez-tez sinif yoldaşları tərəfindən lağ obyektinə çevrilir; məsələn, daha kasıbyana geyinənlər, bahalı smartfonları və s. olmayan şagirdlər. Bizim təşkilatda belə hallarla bağlı işlər olsa da, ölkədə “bullinq” üzrə rəsmi statistika yoxdur”, - deyə K.Haşımova bildirib.

Onun sözlərinə görə, “bullinq”ə məruz qalan uşaqlar və onların valideynləri ilk növbədə bununla bağlı sinif rəhbərini və ya məktəb rəhbərliyini məlumatlandırmalıdırlar.

“Sonra məktəbə həm təklənən uşağın valideynlərini, həm də “bullinq”i təşkil edən uşağın valideynlərini çağırmaq lazımdır. Onlarla aparılan söhbətdə məktəb psixoloqu da iştirak etməlidir və bu toplantı sinif otağında yox, başqa bir məkanda, bağlı qapılar arxasında keçirilməlidir.

Mən dəfələrlə demişəm və bir daha təkrarlayıram ki, bütün problemlər ailədən qaynaqlanır. Ona görə də belə situasiyaya ilk növbədə valideynlər təsir göstərməlidir. Onlar tez-tez özlərini qeyri-adekvat aparırlar. Adətən, valideynlər, xüsusilə atalar sinifdə problemləri olan oğullarını dinləmək istəmirlər. Uşağına deyir, “kişi ol, xətrinə dəyənin cavabını ver”. Ancaq problemə bu cür yanaşma ağır nəticələrə gətirib çıxa bilər”, - deyə K.Haşımova bildirib.

O bildirib ki, indiki şəraitdə ölkənin məktəblərində inklüziv təhsil mümkün görünmür, çünki fiziki və ya səhhəti ilə bağlı problemləri olan uşaqları potensial “bullinq” qurbanlarıdır.

“Bu gün hər şeydən əvvəl pedaqoq və valideynlərlə işləmək lazımdır. Onlar uşaqlara bu dünyada hər şeyin pulla ölçülmədiyini və zəiflərin xətrinə dəyməyin yolverilməz olduğunu aşılamalıdırlar”, - deyə K.Haşımova qeyd edib.

Azərbaycanın Təhsil Nazirliyindən bildiriblər ki, məktəbdə uşağın təklənib məsxərəyə qoyulması kimi hal baş verdikdə, məktəb psixoloqu buna dərhal reaksiya verməyə və problemi həll etməyə borcludur. Nazirliyinin nümayəndəsinin sözlərinə görə, bununla belə, heç də bütün “bullinq” hallarını vaxtında aşkarlamaq olmur. Uşaqların sayı çox olduğundan onların hamısına nəzarət etmək asan məsələ deyil.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər