Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Yaponların gənc qalmasının SİRRİ TAPILDI - Qocalmamaq üçün İNANILMAZ ÜSUL

Baxılıb: 2136     Tarix: 09-01-2019 09:31   
Yaponların gənc qalmasının SİRRİ TAPILDI - Qocalmamaq üçün İNANILMAZ ÜSUL


Gənclik sirri şiatsu masajında gizlidir! Yapon mütəxəssisləri elan edib ki, şiatsu masajı ilə göz ətrafında qırışların yaranmasını gecikdirmək, hətta aradan qaldırmaq mümkündür.


Bu masajın özəlliyi ondadır ki, üzdəki müəyyən nöqtələrə basmaqla həyata keçirilir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Yapon təbabətində rəsmən qəbul edilən və yalnız bir dəqiqə davam edən bu masajı səhərlər, axşamlar və ya gözlərinizi yorğun hiss etdiyiniz hər an yerinə yetirə bilərsiniz.



Şiatsu sözü yaponcadan tərcümədə basmaq və barmaq mənasındadır. 20-ci əsrin əvvəlində Tokujiro Namikoşi tərəfindən kəşf edilən bu masaj anatomiya biliklərinə və Tibet tibbinin sirlərinə əsaslanaraq artrit müalicəsində istifadə olunurdu. Bu sadə və təsirli üsul yapon xalqı tərəfindən bəyənilib və Yapon təbabətində rəsmən tanınıb. Kosmetologiyada da bu günədək aktiv şəkildə istifadə edilir. Maraqlıdır ki, bu üsulun müəllifi 95 yaşına qədər yaşayıb və yaşından xeyli cavan görünüb.




Üzdə və bədəndə elə nöqtələr var ki, üzərinə basdıqda qan dövranını stimullaşdırır. Eyni zamanda, toxumalardakı metabolizmi sürətləndirir. Odur ki, bədəndə cavanlaşma təbii prosesi başlayır. Barmaqla təzyiq masajı sayəsində əzələləriniz güclənir, qırışların azalır, dərinin elastikliyi artır və yağ ifrazı normaya düşür.

Qaşları qaldırmaq



Barmaqlarınızı şəkildə gördüyümüz nöqtələrə yerləşdirib basın. Yüngülcə yuxarı doğru çəkməyə başlayıb basmağa davam edin. Bunun üçün sadəcə 7 saniyəyə ehtiyacınız var.

Qaz ayaqları



İşarə barmaqlarınızla gözlərin kənarlarına basıb gicgahlara tərəf dartın. Lakin dərini deyil, o nöqtədə yerləşən əzələləri dartmağa çalışın. Bu hərəkəti 3 saniyə və 3 dəfə təkrar edin.

Şişkinliyi azaldın



Gözün iç tərəflərinə və kənarlarına orta və işarə barmaqlarınızla basın. Lakin dərini dartmayın.

Qaş ortasındakı qırışlara qarşı



İşarə, orta və üzük barmaqlarını sıx birləşdirib qaşların arasındakı 3 nöqtəyə 5-7 saniyə basın. Masajı 2 dəqiqə təkrar edin.

Gözaltı nahiyə



İşarə, orta və üzük barmaqlarını həssas nöqtəyə yerləşdirin və yüngül təzyiq göstərin. Masajı 10 saniyə və 2 dəfə təkrar edin.

Bu məşqlər ayrı-ayrı edilə və ya şiatsu texnika ilə tam üz masajı kimi həyata keçirilə bilər.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər