Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Gəlincik bu dəfə Sumqayıt Dövlət Dram teatrında “danışacaq...”

Baxılıb: 3118     Tarix: 08-01-2019 23:24   
Gəlincik bu dəfə Sumqayıt Dövlət Dram teatrında “danışacaq...”


Sumqayıt Dövlət Dram teatrı 2019-cu ilin repertuar planında nəzərdə tutulmuş A.Şaiqin “Danışan gəlincik” əsəri üzrə eyniadlı tamaşanın hazırlıq işlərinə start vermişdir.

Tamaşanın quruluşçu rejissoru Vasif Məmmədov, quruluşçu rəssamı Arif Müzəffərov, rejissoru Fuad Kazımov, musiqi tərtibatçısı Telman Qəniyev, rejissor köməkçisi Fazilə Rzayevadır.

Sumqayitfakt.Az-ın verdiyi xəbərə görə, pyesin ilk oxunuşunda iştirak edən teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov yaradıcı heyətə uğurlar arzulayaraq qeyd etdi:
“İnanıram ki, Azərbaycan klassik uşaq ədəbiyyatının A.Şaiqin sözündən bu məhşur əsəri əsasında hazırlanmış tamaşa Sumqayıt məktəblilərinin böyük marağına səbəb olacaqdır. Çünki kollektivin potensialı və aktyorlarımızın istedadı buna imkan verir.”

Rolları Əməkdar artistlər Növrəstə Həşimova, Ulduzə Nəsir, aktyorlar İlham Səfərli, Habil Xanlarov, Mətanət Əmirullayeva, Vəfa Qurbanova , Sevda Hüseynova, Şəhla Məmmədova, Dağlar Rüstəmov, Cavanşir Eyyubzadə, Şəmistan Süleymanlı, İlahə Səfərova, Ceyhun Məhərrəmov, Elmir Mehdiyev, Şəms Abdullayeva, Elay Xasiyev və başqaları ifa edəcəklər.

Kollektiv əsərin süjet xəttini saxlamaqla, yeni versiyanı fevral ayının sonunda məktəblilərin ixtiyarına verəcəkdir.

Teatrın mətbuat xidməti




Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər