Xəbər xətti

16-01-2019

Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu

Əməkdar artist və oğlunun "O səs Türkiyə" yalanı - "Heç pasportu yoxdur"

Baxılıb: 370     Tarix: 08-01-2019 12:38   
Əməkdar artist və oğlunun "O səs Türkiyə" yalanı -
Əməkdar artist Rəhman Rəhmanov müğənni oğlu Emil Rəhmanoğlunun "O səs Türkiyə" yarışmasına qatılması haqda açıqlama vermişdi.

Sumqayitfakt.Az-ın axşam.az-a istinadən məlumatına görə, "O səs Türkiyə" uzun müddətdir yayımlanmağına baxmayaraq, Emilin çıxışı hələ də nümayiş edilməyib. Bununla bağlı sosial şəbəkədə də müzakirələr aparılıb, Emilin özünü gündəmə gətirmək üçün yalan danışdığı bildirilib.

R.Rəhmanın özü "Bizimləsən" verilişində "Emil "O səs Türkiyə"yə getdi. Münsiflər onu ayaqüstə alqışladılar. Özünüz də yayımlananda görəcəksiniz" sözlərini deyib.

Aktyor əməkdaşımızın bununla bağlı suallarına isə etiraz edib. Əvvəlcə bu haqda danışmaq istəmədiyini söyləyən R.Rəhmanov daha sonra oğlunun çıxışının verilmədiyini bildirib:

"Ora gedən mən deyiləm, bu haqda niyə danışım? Emil ora gedib, çıxış da edib. Amma müəyyən səbəblərə görə alınmadı. Nə edək?".

Prodüser-aparıcı Tarix Əliyev də bu haqda İnstaqramında paylaşım edib. O, Emilin yarışmaya qatılması haqda çoxlu mesajlar aldığını bildirib:

"Çox söz-söhbət gəlib qulağıma çatır. Hətta mənə mesajlar da gəlir. Bəziləri deyir ki, heç Emil getməyib yarışmaya, bəziləri də deyir ona münsiflər dönməyib. Niyə bu qədər yalan danışsın ki? Bu ona nə verəcək?

İndi də bəziləri deyir ki, Emilin heç xarici pasportu yoxdur. Rəhman müəllim özü bu haqda xəbər yaymışdı".

Qeyd edək ki, Emil "Səhər-səhər" verilişində yarışmanın qaydalarını pozduğu üçün kənarlaşdırıldığını deyib. Belə ki, o, veriliş efirə getmədən hansı münsifin onu seçdiyinin açıqlayıb. Ardınca da verilişdən qovulub. Bununla yanaşı onun ifası da efirə verilməyib.

Əldə etdiyimiz məlumata görə, Emil son illər ərzində ölkədən kənara çıxmayıb.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər