Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Bakıda qayınatasını öldürən şəxs: Alimentə görə qətlə yetirdim

Baxılıb: 250     Tarix: 06-12-2018 20:34   
Bakıda qayınatasını öldürən şəxs:
Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Samir Şabanovun işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxsin qardaşı Sahib Şabanov bildirib ki, qardaşı ailəsi ilə birgə onlarda yaşayıb: "Samirin arvadı Zülfiyyə 6 aylıq hamilə olanda o, Qazaxıstana işləməyə getmək istədi. Qızın ailəsi buna etiraz etsə də, Samir getdi. Sonra da Zülfiyyə çıxıb atasıgilə getdi və orada yaşamağa başladı. Samir qayıdanda artıq uşaq dünyaya gəlmişdi, o, övladını görmək üçün Hətəmin evinə getsə də, görüşə icazə verməmişdilər. Daha sonra Zülfiyyə Samirdən boşandı və məhkəmə uşağa görə aliment kəsdi. Bir müddət sonra Samirin alimentə görə borcu yığıldı, onlar da ödəmədiyi üçün onu məhkəməyə vermişdilər.

Hadisə olan gün də Samir məhkəməyə getmişdi. Gələndən sonra dedi ki, Hətəmlə mübahisə etmişəm. Sonra anam dedi ki, Samir ona Hətəmi öldürdüyünü deyib. Mən inanmadım, çünki əvvəl də bir neçə dəfə belə demişdi. Yatdıq, səhər polislər gəlib bizi aparanda, Hətəmin öldüyünü bildim".

S.Şabanov deyib ki, alimentə görə 6 min manat borcu yaranıb və ödəyə bilməyib: "Məhkəmədə Hətəmlə mübahisə etdim, evə gələndən sonra axşam yenə Hətəmlə görüşüb mübahisə etdik. Hadisə də orda oldu".

İttihama görə, 2018-ci il aprelin 21-də Sabunçu rayonu, Maştağa qəsəbəsində qəsəbə sakini Hətəm Məmmədov küt alətlə başından vurularaq qətlə yetirilib. Hadisəni törədən Samir Şabanov saxlanılıb. S. Şabanov H.Məmmədovun qızının həyat yoldaşı olub. trend

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər