Xəbər xətti

10-12-2018

Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

"Erməni ordusunu bir neçə saata darmadağın etmək olar" – Hərbi ekspert

Baxılıb: 340     Tarix: 06-12-2018 15:49   
 "Erməni ordusunu bir neçə saata darmadağın etmək olar"
"Ehtimal edilən növbəti müharibədə Azərbaycan nəinki Dağlıq Qarabağı işğaldan azad edəcək, bütün Ermənistanın taleyi sual altında qalacaq".

Bunu Teleqraf.com-a açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Ekspert bildirib ki, həm hərbi qüvvələr və silahlar arasındakı müqayisəedilməz üstünlüyü, həm iqtisadi potensialı, həm də Azərbaycanın beynəlxalq aləmdə tutduğu mövqeyi, Ermənistanın qalib gəlmək imkanlarını tamamilə əlindən alıb:

"İqtisadi və digər parametrlər üzrə də, Azərbaycan Ermənistanı geridə qoyur. Əslində biz Azərbaycanı Ermənistanla müqayisə etməzdik. Lakin müharibə vəziyyətində olduğumuz üçün bunu edirik. Aradakı fərq on dəfələrlə böyükdür.

2016-cı ilin aprel ayında baş vermiş döyüşlər göstərdi ki, Ermənistan ordusunu bir neçə saatın içində darmadağın etmək olar. Həmin döyüşlərdə erməni ordusu və Sərkisyan-Ohanyan birliyi bir neçə saat ərzində darmadağın edildi. Həmin döyüşlərdəki məğlubiyyət Ohanyan və Sərkisyanın hakimiyyətdən getməsinə zəmin yaratdı.

Erməni xalqı da başa düşdü ki, Azərbaycan ordusu bir neçə saatın içində öz torpaqlarını işğaldan azad edə bilər. Təəssüf ki, Nikol Paşinyan da Sərkisyanın aqressiv və yanlış xəttini davam etdirir. Digər yandan isə, Ermənistanın döyüşən ordusu yoxdur. Bir tərəfdən də, Paşinyan Ermənistanın müttəfiqlərini narazı salmaqla, ölkəsinin varlığını sual altında qoyur".

Emin Həsənlinin sözlərinə görə, Ermənistandan fərqli olaraq, Azərbaycan Qarabağ münaqişəsinin dinc yolla həllinə çalışır:

"Bütün şərtlər Azərbaycanın xeyrinə olsa da, təəssüflər olsun ki, ikili standartlar buna imkan vermir. Amma bu ikili siyasəti aparan dövlətlər də görürlər ki, Ermənistan normal dövlət deyil, onun normal xarici siyasəti yoxdur və gec-tez bu ölkədə vəziyyət başqa cür olacaq.

Erməni xalqı Serj Sərkisyandan ona görə qurtuldu ki, ölkədə sabitlik və inkişaf olsun. Bu inkişafın yolu da, işğal ərazilərini geri qaytarıb, Azərbaycanla əməkdaşlıqdan keçir. Bunun başqa yolu yoxdur".


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər