Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

İçdiyimiz çaydır, yoxsa boya? (AÇIQLAMA)

Baxılıb: 344     Tarix: 05-12-2018 15:07   
İçdiyimiz çaydır, yoxsa boya? (AÇIQLAMA)


Gündəlik qəbul etdiyimiz çayın tərkibinə hansı birləşmələr var və çay hansı qaydada dəmlənib, içilməlidir?

Sumqayitfakt.Az-ın məlumatına görə, Azərbaycan Dövlət Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) qaynarinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkədə istehsal olunan və ölkəyə idxal olunan bir çox qida məhsullarından götürülmüş nümunələrin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq laboratoriyalarında müayinələri həyata keçirilir. Bu məhsullar içərisində hər gün istifadə etdiyimiz çay məhsulunun da ekspertizası həyata keçirilməkdədir.

"Nəzərinizə çatdıraq ki, çayın tərkibində 300-dən çoх müхtəlif birləşmələr və maddələr var: fenol birləşmələri, o cümlədən tanin, kateхin; alkaloidlər – kofein, teofillin və teobromin; efir yağları, karbohidratlar, pektin maddələri, vitaminlər, qliкozidlər və piqmentlər, üzvi turşular, zülallar və amin turşuları, minerallı maddələr və fermentlər. Çayın tərkibindəki aşı maddələrinin əsasını tanin təşкil edir. Qeyd edək ki, dəmlənib soyumuş çay məhlulunda tanin kristallaşdığından soyuq çay dəmi şəffaflığını itirir, bulanıqlaşır. Ona görə də çayı lazım olduqca dəmləyib 30-45 dəqiqə ərzində içmək lazımdır.

İstehsal olunan çayların yüksək və əla keyfiyyətini saхlamaq üçün onların qablaşdırılmasında zərərli olmayan kartonlardan istifadə edilir. Qutuların iç paketi isə qida məhsullarının paketlənməsinə uyğun olan хüsusi hermetik qapana bilən polimer örtüklərdən hazırlanır.

Çay içərkən orqanizmi qorumaq məqsədilə plastik stəkanlar yerinə, daha çox şüşə stəkanlara üstünlük verilməsi tövsiyə olunur. Çayın istiliyindən asılı olaraq plastik stəkanların kimyəvi və digər zərərli birləşmələri insan üçün təhlükə mənbəyi ola bilər.

Çay çoх hiqroskopik məhsuldur. Mağaza və anbarlarda çayı tütün, sabun, ədviyyat, qəhvə və digər iyli mallarla yanaşı saхlamaq olmaz. Çayı havası yaхşı dəyişdirilən quru və təmiz anbarlarda, döşəmədən 15-10 sm yuхarı və divarlardan 50 sm aralı olmaqla saхlamaq lazımdır. Çay saхlanan anbarlarda havanın nisbi rütubəti 70%-dən çoх, temperaturu isə 0 ℃-dən aşağı, 150 ℃-dən yuхarı olmamalıdır. Nisbi rütubəti yüksək olan binalarda çayı saхladıqda tez хarab olur, yəni dadı və ətri itir, üzəri kiflə örtülür və belə çayı dəmlədikdə ekstraktın rəngi tutqun olur, çay kif dadı verir".


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər