Surqut aeroportu Fərman Salmanovun adını daşıyacaq
Baxılıb: 399 Tarix: 05-12-2018 09:36

Rusiyanın Surqut şəhərinin hava limanı görkəmli Azərbaycan neftçisi Fərman Salmanovun adını daşıyacaq.
Sumqayitfakt.Az xəbər verir ki, bu, "Rusiyanın dahi adları” layihəsi çərçivəsində ölkənin 47 aeroportuna görkəmli şəxslərin adlarının verilməsinə dair ümumxalq səsverməsinin nəticələrinə əsasən məlum olub.
Məlumata görə, Moskvanın Şeremetyevo aeroportuna Aleksandr Puşkinin, Domodedovo aeroportuna isə Mixail Lomonosovun adı veriləcək.
Rusiyanın daha 5 şəhərində səsvermənin ikinci turu keçiriləcək.
Sumqayitfakt.Az
loading...
Ən çox oxunanlar