Xəbər xətti

10-12-2018

Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Fədayə Laçın son söz dedi: Bu, yolun sonudur

Baxılıb: 455     Tarix: 03-12-2018 15:55   
Fədayə Laçın son söz dedi: Bu, yolun sonudur


Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Sumqayitfakt.Az-ın oxu.az-a istinadən xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Fədayə Laçın son söz deyib.

O, əməlindən peşman olduğunu bildirib:

"Mən dövlətimin qanunlarını bilən adamam. Heç vaxt qanunsuz bir əməl tutmamışam. İstəyirəm ki, hər kəs buna inansın ki, mən, həqiqətən də, bilmədən bu əməli törətmişəm”.

F. Laçın sözünə davam edərək, bəxtindən şikayətlənib:

"Mən həyatda çox talesiz bir qadın olmuşam. Bir qadın kimi xoşbəxt ola bilməmişəm. Həyatdakı yolum həmişə daşlı olub. Dəfələrlə bu yolda yıxılmışam. Amma yenə də durub yola davam etmişəm.

Heç vaxt əlimdən tutanım, dəstək olanım olmayıb. Amma bu dəfə bataqlığa düşmüşəm. Əlimdən tutub çıxaran olmasa, bu, yolun sonudur. Xahiş edirəm nəzərə alasınız ki, mənim doqquz nəfərlik ailəm var. Ailə üzvlərim mənim himayəmdədir. Oğlum bu hadisədən sonra magistr təhsilini yarımçıq qoydu.

Bu bir ana kimi mənə böyük dağdır. Mən 22 ildir sənətdəyəm. Ali təhsilliyəm, ziyalı bir ailədə böyümüşəm. Sadəcə, həyatda heç vaxt şansım gətirməyib. Nə bir insan kimi, nə də bir qadın kimi xoşbəxt ola bilməmişəm. Son hadisə də onu göstərdi ki, həqiqətən də, mən bəxtsiz və talesiz bir insanam”.

O, məhkəmədən bağışlanılmasını istəyib:

"Məhkəmədən xahiş edirəm ki, məni əfv edəsiniz. Əhd eləmişəm ki, azadlığa çıxsam, Şəhidlər Xiyabanına gedərək 20 Yanvar şəhidlərimiz olan İlham və Fərizənin məzarı başında "Yasin” oxuyacam. Onu da demək istəyirəm ki, bir insanın kriminal aləmdə olan biri ilə tanışlığının olması onun da cinayətkar olması demək deyil.

Mən bilməzdim ki, bazarda da satılan altı manatlıq bir açara görə belə bir vəziyyət yarana bilər. Əgər məndən odlu silah, soyuq silah, narkotik istəsəydilər, əlbəttə, bundan imtina edərdim, çünki bunun cinayət olduğunu bilirəm. İndi kimsə məndən çörək belə istəyəndə ehtiyat edirəm. Fikirləşirəm ki, çörək yemək üçündür, amma yenə də ehtiyat edirəm. Son olaraq sizdən məni əfv etməyinizi istəyirəm”.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər