Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Sorğu

Ermənistanda saxlanılan azərbaycanlı əsirlər… – Balayandan həyasız AÇIQLAMA

Baxılıb: 350     Tarix: 08-11-2018 21:17   


Azərbaycan tərəfi Ermənistana müharibə əsirlərinin dəyişdirilməsi ilə bağlı müraciət etməyib.

Sumqayitfakt.Az teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayan deyib.

O, bu barədə Ermənistan KİV-də yayılmış məlumatları təkzib edərək bildirib ki, qarşı tərəfdən belə bir təklif olmayıb:

“Qəbul edilən prosedura görə, bu təkliflər Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən verilib. Komitəyə isə Azərbaycan tərəfindən belə bir müraciət daxil olmayıb”.

Qabriel Balayan Ermənistanda Azərbaycandan olan müharibə əsirlərinin olmadığını iddia etsə də, çıxışının davamında bu iddiasını təkzib edən fikirlər səsləndirib:

“Əgər bunun araşdırılması üçün təşəbbüs olarsa, burada Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirak etməsi yaxşı hal olardı”.

Qeyd edək ki, Azərbaycan vətəndaşları - Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən əsir saxlanılır.

Bundan əlavə, ötən əsrin 1990-cı illərində Qarabağ müharibəsi zamanı çoxsaylı əsir və itkin düşən şəxslərin olduğu məlumdur.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər