Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Sorğu

Yeni Orfoqrafiya lüğəti bu tarixdə təqdim ediləcək

Baxılıb: 349     Tarix: 07-11-2018 09:55   
Yeni Orfoqrafiya lüğəti bu tarixdə təqdim ediləcək

"Gərgin elmi müzakirələr şəraitində keçən debatlardan sonra "Azərbaycan dilinin orfoqrafiya qaydaları” təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim olundu, həmin qaydalar əsasında xalqımızın milli maraqlarına və dövlətçilik prinsiplərinə, ən başlıcası isə Azərbaycan dilinin qrammatik quruluşuna cavab verən yeni orfoqrafiya lüğətinin hazırlanmasına start verildi".

Sumqayitfakt.Az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Dövlət Dil Komissiyasının üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli "Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd edib.

Onun sözlərinə görə, 2019-cu ilin birinci yarısında yeniləşdirilmiş orfoqrafiya lüğəti xalqa çatdırılacaq: "Bundan başqa, son illərdə bir neçə sahə üzrə izahlı lüğətlərin hazırlanıb nəşr edilməsi də dilimizin ümumi mənzərəsini qorumaq, onun daxili potensialını xalqa çatdırmaq və nəticə etibarilə ana dilinin zənginliklərindən istifadə etmək üçün mükəmməl elmi baza yaratmağa xidmət edir. Heç şübhəsiz, bu qeyd olunanlar nə qədər əhəmiyyətli dilçilik faktları olsalar da, tam yetərli deyildir. Prezident İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”kı 1 noyabr 2018-ci il tarixli fərmanı Azərbaycan Respublikasının dövlət dilinin saflığının qorunması və işlək mexanizmlərinin təkmilləşdirilməsi baxımından qarşıya daha məsuliyyətli vəzifələr qoyur".


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər