Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Sorğu

Məktəblər arasında şəhər çempionatına start verilib - SUMQAYITDA

Baxılıb: 251     Tarix: 05-11-2018 18:37   
Məktəblər arasında şəhər çempionatına start verilib


Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə cari ilin noyabr ayından başlayaraq tam orta ümumtəhsil məktəblərinin şagirdləri arasında atletika, voleybol, şahmat və basketbol idman növləri üzrə şəhər çempionatına start verilmişdir.

Bu gün Mehdi Hüseynzadə adına şəhər stadionda atletika yarışlarının keçrilməsinə başlanılmışdır. Yarışın açılış mərasimində şəhər Gənclər və İdman Baş İdarəsinin Bədən Tərbiyəsi və İdman sektorunun müdiri Vahid Abdullayev və “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbin direktoru Fuad Aslanov çıxış edərək ölkəmizdə idmanın sürətli inkişafından bəhs etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü işlərin, uğurlu idman siyasətinin nəticəsində Azərbaycanın bütün bölgələrində möhtəşəm İdman Sarayları və Olimpiya Komplekslərinin tikildiyini, ölkəmizin hərtərəfli və dinamik inkişafı, ictimai-siyasi sabitlik, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan geniş təcrübə, müasir idman infrastrukturunun yaradılması, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlardan bəhs etmiş və yarışda iştirak edən məktəblilərə uğurlar arzu etmişlər.

Yarışda şəhərin 46 tam orta ümumtəhsil məktəblərinin 276 şagirdi (qız, oğlan) 100, 200, 400m məsafəyə qalib adı uğrunda mübarizəyə qoşulmuşlar. Şəhər yarışında qalib gəlmiş idmançılar ölkə çempionatının zona yarışında iştirak etmək üçün vəsiqə əldə edəcəkdir.

Məktəblilər arasında keçirilən şəhər yarışlarına cari ilin 23 noyabr tarixində yekun vurulacaqdır.

Sumqayitfakt.Az







Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər