Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Ən çox oxunanlar
Sorğu

Baş redaktor həbs təhlükəsi qarşısında – “10 gün vaxt veriblər”

Baxılıb: 337     Tarix: 05-11-2018 11:55   
Baş redaktor həbs təhlükəsi qarşısında – “10 gün vaxt veriblər”


Criminal.az saytının baş redaktoru Anar Məmmədov həbs təhlükəsi ilə üz-üzə qalıb. Baş redaktorun sözlərinə görə, Beyləqan rayonunun Təzəkənd kənd məktəbində müəllim işləyən Gülnar Novruz qızı Yusifova bir neçə saytla yanaşı onun rəhbərlik etdiyi saytı da məhkəməyə verib.

"Gülnar Yusifova iddia edir ki, "ajan.tv” saytında yer alan məlumatlar onun şərəf və ləyaqətini alçaldıb. İddiaya səbəb olmuş məlumat 2016-cı ilin sentyabrında "ajan.tv”də yayımlanıb. Həmin məlumat criminal.az saytında "ajan.tv”yə istinadla yayılana qədər Azərbaycanda fəaliyyətdə olan bir çox saytlarda tirajlanıb. Amma məhkəməyə çəkilən criminal.az saytı və baş redaktor olaraq mən oldum. İddiaya ilkin olaraq Beyləqan rayon Məhkəməsində baxılıb və iştirakımız olmadan qanunsuz və əsassız qətnamə çıxarılıb. Sonradan verdiyimiz şikayət əsasında baxış yeniləndi. Məhkəmədə hakim Nəsrullah Əliyevin KİV haqda qanundan ümumiyyətlə xəbərsiz olduğu üzə çıxdı. Həmin xəbərin "ajan.tv”yə əsasən yayılmasını və bütün məsuliyyətin xəbəri yaymış ilk mənbənin üzərinə düşməsinə müvafiq hüquqi qiymət verə bilmədi. Ona görə də nəticə etibarı ilə Azərbaycanın KİV haqqında qanuna, beynəlxalq media hüququna zidd bir qətnamə çıxarıldı. İlkin mənbə, yəni "ajan.tv”nin təmsilçilərinin, nümayəndələrinin iştirakı olmadan çıxarılan qətnamə ilə barəmizdə 40 min manat cərimə cəzası kəsildi. Həmin qətnamədən Şirvan Apelyasiya Məhkəməsinə şikayət verdik. Apelyasiya instansiyasında hakim Tofiq Heydərov da ilkin mənbənin "ajan.tv” olmasına əhəmiyyət vermədi və qətnaməni qüvvədə saxlanıldı. Ümidimiz Ali Məhkəməyə idi. Düşünürdük ki, bu məhkəmə instansiyası adına uyğun - ali bir qərar verəcək, dürüst, doğru araşdırma sonucu olaraq müvafiq qiymətləndirmə aparacaq. Olmadı. Sanki iş üzrə bütün isntansiyaların hakimləri KİV haqqında qanundan xəbərsizdirlər” – deyə baş redaktor bildirib.

Anar Məmmədovun sözlərinə görə artıq iddia üzrə icra işi başlanıb:
"Məhkəmə icraçıları 40 min manatı könüllü şəkildə ödəməyim üçün 10 gün vaxt veriblər. Mənim həmin məbləği ödəmək imkanlarım xaricindədir. Qərarı icra etməsəm həbs ediləcəyimlə bağlı xəbərdarlıq almışam. Eyni zamanda Azərbaycanın Ali Məhkəməsinin çıxardığı qərar üzrə icra işi başlayıb. Sayt bloklanmış durumdadır, heç bir gəlir gətirmir. Saytın baş redaktoruyam, üzərimə böyük bir cərimə qoyulub. Həmin cərimə 10 dəfə az olsaydı belə ödəmək maddi imkanlarım xaricindədir”.

Anar Məmmədov Ağdam qaçqınıdır, hər ay dövlətdən 40 manat çörək pulu alır. Deyir ki, həmin puldan kəsib məhkəmə qərarını icra etmək məcburiyyətindədir: "Ali Məhkəmənin qərarını qanunsuz və əsassız saysam da, Azərbaycan dövləti adından çıxarıldığından məcburam ki, hər ay çörəkpulu məbləğinin 3-də bir hissəsini məhkəmə qərarının icrasına yönəldim”.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər