Xalq artisti dünyasını dəyişən yoldaşından danışdı: "Onun itkisindən sonra həyatımda boşluq əmələ gəlib" » Sumqayitfakt.az
Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Xalq artisti dünyasını dəyişən yoldaşından danışdı: "Onun itkisindən sonra həyatımda boşluq əmələ gəlib"

Baxılıb: 3103     Tarix: 14-05-2018 21:30   
Xalq artisti dünyasını dəyişən yoldaşından danışdı: "Onun itkisindən sonra həyatımda boşluq əmələ gəlib"


Sumqayitfakt.Az xalq artisti Valeh Kərimovun milli.az-a verdiyi müsahibəsini təqdim edir:

- Valeh müəllim, sizi görər-görməz "Bəxt üzüyü" filmində yaratdığınız Moşu obrazı yadımıza düşür. Bu addan bezmisiniz?


- Xeyr, bezməmişəm. Daha çarəm yoxdur. Moşu demiş mənim adım var, xalq, millət, narod (gülür). Mən bu obraza qədər Sumqayıt Teatrında çox rollar oynamışdım. Elə bilirdim ki, həmin rollarla tanınacağam. Amma əksinə oldu, uzun illər sonra "Moşu" obrazı ilə tanındım. Məni hal-hazırda bu obraza görə filmə çəkən yoxdur. Bir dəfə çəkilişə çağırmışdılar, rejissorun mənim haqqımda dediklərinə özüm şahid oldum. O deyirdi ki, "Bunu çağırmısız, amma bu elə Moşu olacaq da". Moşu rolu mənə çox şeydə mane olur.

- "Moşu" necə yarandı?


- Moşu obrazı elə-belə yaranmayıb ki... Vaqif Səmədoğlu bu əsərə öz ürəyini qoyub. Mən də bu obrazı müşahidələrim əsasında yaratdım. Fikir vermisinizsə, Moşu daha çox pijamada olur. O vaxt Sumqayıt teatrında işləyəndə orada bir nəfər var idi, həmişə pijamada gəzirdi. Bax bunu mən ondan götürmüşdüm. Hərə insandan bir şey götürürdüm.

- Həqiqətən də, siz bu obrazı çox gözəl yaratmısız. Filmə bugünkü gün baxanda nə kimi hisslər keçirirsiz?


- Dəfələrlə televiziyada yayımlanmasına baxmayaraq mən bu filmə cəmi 3 dəfə baxmışam. Həmişə bu filmi göstərəndə kanalı dəyişirəm.

- Niyə?


- Mənim üçün maraqlı deyil. Artıq bu olub-keçib. Ömürdü də keçib gedir. Yaş ötdükcə arzular ürəkdə qalır. İnsan gərək özü-özünün dostu olsun.

- Hansı arzularınız həyata keçməyib?


- İnsanın arzularının əksəriyyəti həyata keçmir. Elə arzu olaraq da insanın qəlbində qalır. O qədər arzularım var ki... Bizim sənətin adamlarının ən böyük arzusu yaxşı rollar oynamaqdır. Hər kəsin öz arzuları var.

- Bildiyim qədərilə həyatda da poeziyaya vurğun insansınız.


- Əvvəllər şeir yazırdım, amma "xoşbaxtlıq"dan başqa ağlıma qafiyə gəlmirdi (gülür). Cavanlıqda gözəl qızlara şeirlər vəsf edirdim. Sonra gəlib görürdüm ki, şeirin misraları Səməd Vurğunun şeirlərindəndir (gülür). Çünki Səməd Vurğunun vurğunu idim. 2-ci sinifdə oxuyanda bütün kitabdakı şeirləri əzbərləmişdim.

- Müsahibələrinizin birində demisiniz ki, atam aktyor olmağımı istəmirdi. Bəs onu necə razılığa gətirdiniz?


- Bəli, atam istəmirdi ki, aktyor olum. Amma buna baxmayaraq uşaq vaxtı kənddə şəbih tamaşalarında oynayırdım. Atama deyə bilməzdim ki, artist olmaq istəyirəm. O, mənim üzümə baxanda mən əsirdim, çox zəhmli kişi idi. O zaman Kənd Təsərrüfatı Texnikomunu bitirmişdim, işləyirdim. Gəlib sənədlərimi aktyorluğa verdim, axşam fakültəsinə qəbul olundum. Birtəhər atamı razı salıb bu sənətə gəldim.

- Valeh müəllim, həyatınızda boşluq hiss edirsiniz?


- Bəli, həyat yoldaşımı itirəndən sonra həyatımdakı boşluğu hiss edirəm. Mən nəinki həyat yoldaşımı, sirdaşımı, dayağımı itirdim. Əlbəttə ki, mənə çox çətindir. Demək ki, onun həyatı da bura qədər imiş.

- Xanımınızla necə tanış olmuşdunuz?


- Mən çox adama vurulmuşam, amma heç kim mənə vurulmayıb. Yaraşıq, vid-fason məndə yox idi. Nəyimə vurulsunlar? O vaxtı məktəblərdə, universitetlərdə şairlərlə görüşlər olardı. O görüşlərin birində biz rastlaşıb, tanış olmuşduq.

- Sizin üzünüzdə nə qədər dərdli də olsa bir təbəssüm var. Sanki, gülməyə də çəkinirsiniz.


- O təbəssümü yalnız siz görürsünüz, mən görmürəm. Özümdən asılı deyil, təbəssüm edə bilmirəm. Bilmirsiz axı insan kənardan nələr çəkir?! Təbəssüm ürəkdən gəlməlidir, ürək açıq olmayanda nə təbəssüm? Təbəssüm deyilən söz mənlik deyil.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər