Sumqayıtda intihar edən şagirdin vida məktubu - "Özünə yeni həyat qur..." - FOTOLAR » Sumqayitfakt.az
Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Sumqayıtda intihar edən şagirdin vida məktubu - "Özünə yeni həyat qur..." - FOTOLAR

Baxılıb: 2124     Tarix: 14-05-2018 18:25   
Sumqayıtda intihar edən şagirdin vida məktubu - "Özünə yeni həyat qur..." - FOTOLAR


Dünən qəbul imtahanından sonra intihar edən 2001-ci il təvəllüdlü Pənah Quliyev evin tək uşağı olub.

Sumqayitfakt.Az xəbər verir ki, qafqazinfo-nun əməkdaşı 17 yaşlı şagirdin yaşadığı və özünü atdığı binaya yollanıb. Məlum olub ki, atası Mərkəz kişi aprelin 17-də qəza nəticəsində vəfat edib. İmtahan öncəsi bu hadisə də Pənaha mənfi təsir edib. P. Quliyevin ailəsi Qubadlı rayonundan məcburi köçkün düşüb. Özü də Sumqayıtda yerləşən Qubadlı Saray məktəbində təhsil alıb. 37 yaşlı anası isə həmin məktəbdə ibtidai sinif müəllimi işləyib.

Bu il yanvarın 20-də 17 yaşı tamam olan Pənah marketinq sahəsində menecer işləmək arzusunda olub. Bunu "Qafqazinfo"ya müsahibəsində Pənahın dayısı Nurlan Bayramov deyib.

O bildirib ki, bacısı oğlunu imtahana özü aparıb:


"İmtahandan əvvəl də onunla danışmışdıq, mən özüm də birinci dəfə imtahandan kəsildiyimi, sonra kollecə daxil olduğumu və ailə qurandan sonra tam ali təhsil aldığımı ona demişdim. Pənah imtahandan çıxanda özü dedi ki, "yaxşı yazmışam, inşallah, qəbul olaram". Sonra birlikdə evə gəldik, müəllimləri testi yoxladı, təxminən 200-210 bal toplamışdı. Amma onun istədiyi fakültəyə bal 400-dən yuxarı olmalıdı. Biz də dedik eybi yox, gələn dəfə girərsən. Özü də gülüb dedi "əşşi girməmişəm, girməmişəm də". Amma ola bilər həm atasına görə, həm öz istədiyi fakültəyə düşmədiyi üçün stress keçirib".

N. Bayramov bildirib ki, hadisə gecə saat 12-nin yarısında baş verib: "Evdə anası yatmış olub, özü də intihar etmədən əvvəl anasına məktub yazıb. Orada "Evlərin hamısını anama verirəm, əgər qalsa. Özünə yeni həyat qur, mənə görə də özünə heç nə etmə. Eləsən, haqqımı halal eləmirəm", - yazıb. Pənah çox özünə qapalı uşaq idi, evdə heç nə danışmazdı. Məktəbdə kiminləsə mübahisə edəndə biz 2-3 ay sonra başqa yerdən eşidirdik".



Dayısı deyib ki, P. Quliyev intihar edəndən sonra bir neçə saat sağ qalıb: "Əvvəlcə Sumqayıt xəstəxanasında ilkin tibbi yardım göstərildi. Ora aparanda təcili yardım maşınında Pənah ayıq idi, soruşdum ki, niyə belə etdin. Cavab vermədi, heç nə demədi. O xəstəxanada bizə dedilər ki, vəziyyəti ağırdır, Bakıya aparın. "Semaşko"ya apardıq, xəstəxananın həyətində həkimlər dedi təzyiqi sıfıra düşdü, heç xəstəxanaya çata bilmədik. Maşında vəfat etdi".

N.Bayramov əlavə edib ki, P.Quliyevə qarşı hər hansı ailə təzyiqi və ya danlama olmayıb.




Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər