Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda beynəlxalq boks turniri start götürdü - Fotolar

Baxılıb: 126     Tarix: 12-05-2018 20:19   
Sumqayıtda beynəlxalq boks turniri start götürdü - Fotolar


Mayın 12-də yeniyetmə oğlan boksçular arasında beynəlxalq “Heydər Əliyev Kuboku-2018” turnirinə start verilib. Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən yarışda Azərbaycanın iki komandası ilə yanaşı, Qazaxıstan, Rusiya, Gürcüstan, Qırğızıstan və Ukrayna yığmaları iştirak edirlər.

Sumqayitfakt.Az xəbər verir ki, turnirin açılış mərasimində çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov ümummilli lider Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətindən danışıb. Ölkəmizdə bütün sahələrin, o cümlədən idmanın sürətli inkişafında Ulu Öndərin misilsiz xidmətlərindən söhbət açan T.Səmədov deyib: “Ümummilli Liderimizin siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Belə bir mötəbər yarışın Sumqayıtda keçirilməsi böyük məmnunluq doğurur. Bu gün ölkəmizin bütün bölgələrində olduğu kimi, Sumqayıtda da idman sürətlə inkişaf edir. Sumqayıtda Olimpiya mükafatçıları, dünya və Avropa çempionları yetişiblər. Arzu edirəm ki, bu yarışda iştirak edən idmançılarımız da gələcəkdə uğurlu çıxışları ilə bizi sevindirəcəklər”.

Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Rövşən Hüseynov çıxışında “Heydər Əliyev Kuboku” turniri barədə məlumat verib, ölkəmizdə boksun inkişafından danışıb. Yarışın yeniyetmələr arasında keçirilməsinin boksun kütləviliyinin artırılmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edən R.Hüseynov bildirib: “Ulu öndər Heydər Əliyevin adını daşıyan turnirə maraq daim böyük olub. Bu səbəbdən də yarış həmişə gərgin idman mübarizəsi ilə yadda qalır. İnanıram ki, bu dəfə də istisna olmayacaq. Turnirə milli komandamızla yanaşı, güclü boks ənənələri ilə fərqlənən ölkələrin təmsilçiləri də qatılıblar. İdmançılarımızın yarışda uğurla çıxış edəcəklərinə əminəm. Qoy, güclü qalib gəlsin”.

Açılış çıxışlarından sonra yarış açıq elan edilib və qarşılaşmalara start verilib.

Mayın 14-də başa çatacaq turnirdə 100-dək boksçu 13 dəst medal uğrunda mübarizə aparır./Azə1rTac

Sumqayitfakt.Az





Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər