Xəbər xətti

20-10-2017

Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu

15 il komada qalmışdı... - TİBDƏ İNANILMAZ UĞUR

Baxılıb: 476     Tarix: 26-09-2017 15:17   


Fransada 15 ildən artıq koma vəziyyətində yatan adam yenidən həyata dönüb.

"Current Biology" jurnalında dərc edilən məqalə dünya mediasını, eləcə də Dünya Səhiyyə Təşkilatını şoka salıb. Fransalı alimlər sübut edib ki, sinir siteminin stimulyasiyası nəticəsində beyin ölümü gerçəkləşmiş və faktiki ölü hesab olunan insanı yenidən həyata qaytarmaq olar. Hətta bu proses ən mümkünsüz hesab olunan vəziyyətdə belə özünü doğruldub.
Belə ki, mütəxəssis Angel Seriqunun sözlərinə görə, koma vəziyyətində beyin öz-özünü yenidən bərpa edə biləcək əlaqələr qura bilir:
"Beyin ölümü - bu vəziyyət müxtəlif dərəcəli kəllə beyin travmaları, insult zamanı yaşana bilər. Bu halda xəstənin bədəni süni həyat aparatların köməyi ilə yaşasa da, beyin öz fəaliyyətini itirir. Çoxsaylı tədqiqatlar isə sübut edir ki, bir aydan çox komada yatan insan yenidən həyata qayıtma şansını tamamilə itirir. Amma hər zaman istisnalar var".
A.Seriqu deyib ki, Fransada 20 yaşında ağır avtomobil qəzası keçirən gənc beyinin sağ yarımkürəsinin ciddi zədələnməsi səbəbilə əməliyyat zamanı komaya düşüb. O, düz 15 il komada qalıb. Kolleqalarımla vəziyyətin nə dərəcədə ciddi olduğunu başa düşsək də, az da olsa ümid var idi:
"Biz insan beynindən bütün bədəni dolaşan ən incə və uzun sinir sistemini bərpa etməyə çalışdıq. Sinir bağlarının bərpası üçün "ağıllı elektrostimulyator"dan istifadə etmişik. Bununla "təcrid edilmiş" hissələr yenidən siqnal qəbul etməyə meyilli olub. Xəstənin qarın boşluğuna da elektrostimulyator yerləşdirilib. Bütün manipulyasiyalardan sonra alimlər artan ardıcıllıq və tezliklə beyinə xüsusi impulslar yollamağa müvəffəq olublar. Sınağın nəticəsi gözlənilməz oldu: xəstə komadan oyanmaqla yanaşı, ətrafdakı insanlara normal, fəal reaksiya verib. Ailə yaxınlarını tanıyıb və onların suallarına fiziki hərəkətlərlə (başını yelləməklə, əl-qolunu tərpətməklə) cavab verib. Biz dərhal onun görmə itiliyini yoxladıq və bu inanılmaz idi. Komadan ayılan insan üçün bu göstəricilər ümumiyyətlə tipik hesab olunmur".
Bu səhiyyə sahəsində bir ilkdir. Bu sınaqların sayını artırmaqla komaya düşərək ölü kimi qeydə alınan pasiyentlərin sayını azalda bilərik. Bu üsulu təkminləşdirərək beyinin müxtəlif bölmələri arasında aktiv əlaqələrin sayıni artırmaqla insanı yenidən fəal həyata qaytarmaq mümkündür.
Alimlər bu barədə Dünya Səhiyyə Təşkilatına müraciət edərək, onlar üçün sınaq şəraiti yaratmalarını rica ediblər.publika.az

Sumqayitfakt.Az





loading...


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Reklam
Əsas xəbərlər