Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu

Şeyxin qardaşı nəzir qutularının yığışdırılması təklifinə qarşı çıxdı

Baxılıb: 478     Tarix: 11-09-2017 16:12   


Ötən həftə modern.az saytının nəzir qutuları ilə bağlı gündəmə gətirdiyi məsələyə ən kəskin reaksiyanı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa bildirmişdi.

Sumqayitfakt.Az xəbər verir ki, o bunları demişdi.

"Düşünürəm ki, nəzir qutularını tamamilə yığışdırmaq lazımdır. Nəzir qutuları hər hansı bir şəkildə məscidə yardım qutuları ola bilər. Amma kiməsə vəsait ödənilməsi anlayışı doğru deyil. Ümumiyyətlə, dində "nəzir qutusu" anlayışı yoxdur. Əgər bunu dinlə əsaslandırırlarsa, dinlə ciddi əlaqəsi yoxdur. Bu məsələdə insanlar bilməlidirlər ki, dinlə əlaqəsi olmayan hər hansı atributların yaşanması mümkün deyil".

Fazil Mustafanın nəzir qutularının yığışdırılması fikirləri ilə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Cavanşir Paşazadə razılaşmayıb. Cavanşir Paşazadə vurğulayıb ki, hər br insanın inancı var.

"Nəzir qutularının yığışdırılması barədə heç vaxt fikirləşməmişəm. Amma qarşı tərəfin fikirlərinə cavab olaraq deyə bilərəm ki, ikinci bir yer olmalıdır ki, insanlar inanclarını yerinə yetirsinlər. Əgər kimlərsə nəzir qutularının yığışdırılmasını məsləhət görürsə, o zaman həmin nəzir qutularını dövlət təşkilatlarına versinlər. Bunu dövlət strukturları xalqla öz aralarında necə həll edəcəksə, elə də etsin. Bu zaman dövlət özü gələn gəlirləri hesablasın, hesabat versin.

Cavanşir Paşazadənin sözlərinə görə, nəzir qutularından danışarkən digər vacib məsələləri gündəmə gətirmirik.

"Yol kənarlarında quraşdırılan nəzir qutularından danışırıq. Bəs o zaman küçədəki dilənçilərdən niyə danışmırıq? İşıqforun yanmasını görən kimi insanlardan pul dilənirlər. Təbii ki, bu dilənçilər özbaşına deyil. Bunlara şərait yaradanlar var. Bəs bunları niyə dilə gətirmirik?! Ancaq pirlərdəki nəzir qutularından danışırıq. Pirlərin sayı yüzdürsə, dilənçilərin sayı mindir. Düşüncəmə görə, pirlərdə quraşdırılan nəzir qutuları ilə bağlı fikirlər radikal fikirlərdir. Pirlərin ərazisi hansısa icra hakimiyyətinin nəzarətindədir. Bunun üçün həmin nəzir qutularından yığılan vəsaitlərin hara xərcləndiyini öyrənsinlər. Ümumiyyətlə, nəzir qutuları ilə bağlı narazılıqlar Sovet dövründə də olub, indi də var".

Deputat yalançı mollardan da söz açıb.

"Bəzi pirlərdə acınacaqlı durum hökm sürür. Bir də görürsünüz ki, bir saqqallı peyda oldu. Başına da atasının papağını qoyur və deyirlər ki, "filankəs molladır". Axı bu hardan molla oldu?! Ona görə də söhbət təkcə nəzir qutularının yığışdırılmasından getməməlidir. Ən əsası pirlərdən dilənçiləri yığışdırmaq lazımdır. Dünyanın hansı bucağına gedirsən get, qarşına kassalar çıxır. Yahudi də, xristian da ürəyindən keçən məbləği qutuya atır. Bu zaman bizdə də dövlət bu işə nəzarət etsin. Bütün satış yerlərində kassalar quraşdırılsın və nizamlasın. Ona görə də bunları dinin üzərinə atmaq lazım deyil".


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər