Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Rafiq Hüseynov: "Karyeramı bitirib millinin məşqçisi olmaq istəyirəm"

Baxılıb: 378     Tarix: 09-10-2021 09:58   
Rafiq Hüseynov: "Karyeramı bitirib millinin məşqçisi olmaq istəyirəm"


"Nəhayət, dünya çempionu oldum. İki ay öncə demişdim ki, bu titulu qazanaraq tarix yazmaq istəyirəm. Və mən bunu etdim. Artıq yalnız zövq almaq üçün güləşə bilərəm".

Sumqayitfakt.Az xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında qızıl medal qazanması barədə Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlamasında deyib.

82 kq çəki dərəcəsində finalda türkiyəli Burhan Akbudakı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı ən çətin görüşünün yarımfinala təsadüf etdiyini söyləyib: "Çünki rəqibim rusiyalı Adlan Akiyev Avropa çempionudur. Düşünürəm ki, final görüşüm yarımfinal kimi ağır olmadı. Hətta deyərdim ki, asan alındı. Qalib gəldiyim üçün xoşbəxtəm".

Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı bildirib ki, final qarşılaşmasından öncə atası ilə danışaraq dünya çempionatından sonra karyerasını bitirmək istədiyini deyib: "Amma atam söylədi ki, dostum, 5-6 ay dincəldikdən sonra yenidən güləşmək istəyə bilərsən. Bilirəm ki, karyeramı bitirməyimi istəmədiyi üçün belə dedi. Hansı qərarı verəcəyimi bilmərəm. Açığı, millinin məşqçisi olmaq istəyirəm. Lakin federasiya 2024-cü il Paris olimpiadasınadək güləşməyimi istəsə, davam edəcəyəm. Güləşi sevirəm. Bu, mənim işim deyil, həyat tərzimdir".

Qeyd edək ki, bu, Rafiq Hüseynovun karyerasında ilk dünya çempionluğudur.

Sumqayitfakt.Az




Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər