Xəbər xətti
25-09-2021
24-09-2021
23-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

İnterpol Azərbaycanda qanunsuz mərc edənləri aşkarlayıb

Baxılıb: 350     Tarix: 14-09-2021 17:16   
İnterpol Azərbaycanda qanunsuz mərc edənləri aşkarlayıb


İnterpol futbol üzrə Avropa çempionatı vaxtı qanunsuz mərc oyunlarından milyonlar qazanmağa çalışan və çirkli pulların yuyulması üzrə fəaliyyətdə əlləri olan mütəşəkkil cinayətkar qruplara qarşı əməliyyat keçirib.

Sumqayitfakt.Az xəbər verir ki, cinayətkar qrupların fəaliyyətinin izlənildiyi 28 ölkə arasında Azərbaycan da yer alıb.

"SOGA VIII" əməliyyatı Asiya və Avropada 1400-dək şübhəli şəxsə qarşı minlərlə reyd və həbslə nəticələnib. 7,9 milyon ABŞ dolları nəğd pul, habelə, 465 milyon dollar pul qoyuluşu edilən kompüterlər, mobil telefonlar müsadirə edilib.

Əməliyyatı İnterpolun maliyyə cinayətləri və korrupsiya üzrə mübarizə şöbəsi Asiya və Sakit Okean Eskpert Qrupunun dəstəyi ilə həyata keçirilib.

Honq Konq polisi 800 şübhəli şəxsi saxlayıb. Onlardan 2,7 milyon ABŞ dolları nəğd pul müsadirə edilib. Bu, qeyri-qanuni azart oyunları ilə mübarizə tarixinin ən uğurlu əməliyyatı olub. "SOGA VIII" əməliyyatında Avropa ölkələri, habelə bir sıra hüquq-mühafizə orqanları ən fəal iştirak ediblər.

İnterpolun iqtisadi və maliyyə cinayətkarlığına qarşı mübarizə bürosunun direktoru Roberto Ribaldo bildirib ki, yoxlamaya məruz qalan 285 bukmeyker kontorlarına qeyri-qanuni pul qoyuluşuna görə 1,5 milyon avro sanksiya tətbiq edilib.

Əməliyyat onlayn fəaliyyət istiqamətində açıq-aşkar irəliləyişin olduğunu üzə çıxarıb. Cinayətkar qruplar maliyyə texnologiyaları, o cümlədən azart oyunlarına həsr edilmiş beynəlxalq saytlar və onlayn bank hesablarından tam istifadə ediblər. Əməliyyatı Cənubi Koreya maliyyələşdirib. Bu günədək SOGA əməliyyatı 19 mindən çox həbsə gətirib çıxarıb və 63 milyon dollardan çox nəğd pul müsadirə olunub. Həmçinin ümumilikdə 7,3 milyard dollar vəsaitin dövr edildiyi 400-dən çox qeyri-qanuni oyun zalı bağlanılıb.

İştirakçı ölkələr bunlardır: Avstriya, Azərbaycan, Bəhreyn, Belçika, Bruney, Kamboca, Çin, Xorvatiya, Çexiya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, Hindistan, İrlandiya, İtaliya, Malaziya, Maldiv adaları, Filippin, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Sinqapur, İspaniya, İsveçrə, Böyük Britaniya, Vyetnam.

Qeyd edək ki, AVRO-2020 12 iyun - 12 iyulda keçirilib. A qrupunun 3 oyunu ilə yanaşı, 1/4 final qarşılaşmalarından 1-i Bakı Olimpiya Stadionunda gerçəkləşib.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər