Xəbər xətti
21-10-2021
20-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

AVRO-2020: İsveçrə Fransanı AVRO-2020-dən uzaqlaşdırdı

Baxılıb: 3118     Tarix: 29-06-2021 09:44   
AVRO-2020: İsveçrə Fransanı AVRO-2020-dən uzaqlaşdırdı


Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.

Sumqayitfakt.Az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunmuş matçda Fransa və İsveçrə milli komandaları üz-üzə gəlib.

Görüşün əsas hissəsi 3:3 hesablı heç-heçə ilə başa çatıb. İsveçrə millisindən Haris Seferoviç 15-ci və 81-ci, Mario Qavranoviç 90-cı, Fransa yığmasından isə Kərim Benzema 57-ci və 59-cu, Pol Poqba 75-ci dəqiqədə fərqlənib.

Qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqəlik iki hissədən ibarət əlavə vaxt oynanılıb. Lakin komandalar cəhdlərə baxmayaraq, əlavə vaxtda də hesabda irəli çıxa bilməyiblər.

Bu səbəbdən qarşılaşmada qalibi müəyyən etmək üçün penaltilər seriyasına müraciət edilib. "Lotereya" İsveçrənin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Fransa yığmasından penaltini Kilian Mbappe dəqiq yerinə yetirə bilməyib.

İsveçrə 1/4 finalda İspaniya ilə üz-üzə gələcək. Matç iyulun 2-də Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunacaq.

Qeyd edək ki, daha əvvəl AVRO-2020-nin 1/4 final mərhələsinin iki cütü müəyyənləşib. İyulun 2-də Almaniyanın Münhen şəhərində Belçika və İtaliya, iyulun 3-də isə Bakıda Çexiya və Danimarka yığmaları qarşılaşacaq.
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər