Xəbər xətti
21-10-2021
20-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Güləşçimiz Turan Bayramov Avropa çempionatının finalına yüksəlib

Baxılıb: 3120     Tarix: 28-06-2021 23:57   
Güləşçimiz Turan Bayramov Avropa çempionatının finalına yüksəlib


Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir.

Sumqayitfakt.Az bildirir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıblar.

Güləşçimiz Murad Haqverdiyev (57 kq) ilk görüşdə türkiyəli rəqibinə uduzub.

Millimizin üzvü Sabir Cəfərov (65 kq) təsnifat mərhələsində Slovakiya idmançısını vaxtından əvvəl məyus edib. Həmyerlimiz daha sonra Fransa təmsilçisinə eyni aqibəti yaşadıb. Dörddəbir finalda Türkiyə güləşçisi üzərində də böyük hesablı qələbəyə sevinən S.Cəfərov yarımfinala yüksəlib. Rusiyalı idmançıya məğlub olan S.Cəfərov bürünc medal uğrunda görüşə çıxacaq.

Çempionatda 70 kiloqram çəki dərəcəsində çıxış edən Turan Bayramov yarışa Almaniya güləşçisi üzərində inamlı qələbə ilə start verib. T.Bayramov dörddəbir finalda daha əvvəl bir neçə dəfə məğlub etdiyi Narek Harutyunyanla qarşılaşıb. Ənənəsinə sadiq qalaraq Ermənistan güləşçisinə növbəti dəfə qalib gələn T.Bayramov adını yarımfinala yazdırıb. Gürcüstan idmançısını da üstələyən T.Bayramov finala yüksəlib.

Səbuhi Əmiraslanov (79 kq) səkkizdəbir finalda rusiyalı rəqibinə məğlub olub. Zəfər Əliyev (97 kq) debütdə gürcü həmkarına tam üstünlüklə qalib gəlib. Ancaq dörddəbir finalda Ukrayna idmançısı ilə bacarmayıb.

Qeyd edək ki, bu çəki dərəcələrində təsəlliverici görüşlər və medal qarşılaşmaları iyunun 29-da keçiriləcək.
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər