Xəbər xətti
21-10-2021
20-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

AVRO-2020: İspaniya Xorvatiyanı əlavə vaxtda üstələdi

Baxılıb: 3115     Tarix: 28-06-2021 22:55   
AVRO-2020: İspaniya Xorvatiyanı əlavə vaxtda üstələdi


Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Sumqayitfakt.Az xəbər verir ki, turnirin favoritlərindən İspaniya millisi Xorvatiya ilə qarşılaşıb. Danimarkanın paytaxtı Kopenhagendəki "Parken" stadionunda oynanılan və türkiyəli FIFA referisi Cüneyt Çakırın idarə etdiyi görüş Pireney təmsilçisinin 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı xorvatiyalılar açıblar. 20-ci dəqiqədə Pedrinin geriyə ötürdüyü topu qapıçı Unay Simon ayağının altından buraxıb. Kuryoz qolla hesabda geri düşən Luis Enrikenin baş məşqçi olduğu kollektiv 38-ci dəqiqədə tarazlığı bərpa edib. Bərabərlik qolunun müəllifi Pablo Sarabiya olub. İlk hissə bu hesabla başa çatıb. 57-ci dəqiqədə İspaniya yığması hesabı öz xeyrinə dəyişib. Bu dəfə Sesar Asplikueta fərqlənib. 77-ci dəqiqədə rəqib müdafiəçinin kobud səhvindən istifadə edən Ferran Torres komandasının üstünlüyünü 2 topa çatdırıb. Lakin ruhdan düşməyən Xorvatiya millisi əvvəlcə 85-ci dəqiqədə Mislav Orşiçin qolu ilə fərqi azaldıb. Matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə isə Mario Paşaliç hesabı bərabərləşdirib. Nəticədə qarşılaşmada əlavə vaxt oynanılıb. 100-cü dəqiqədə Alvaro Morata İspaniyanı yenidən hesabda önə keçirib. 3 dəqiqə sonra isə Mikel Oyarzabal fərqlənərək oyunda son nöqtəni qoyub. Beləliklə, 5:3 hesablı qələbə qazanan pireneylilər 1/4 finala vəsiqə əldə ediblər.

Qeyd edək ki, İspaniya yığmasının növbəti mərhələdəki rəqibi bu gün keçiriləcək Fransa - İsveçrə matçının qalibi olacaq.
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər