Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ən çox oxunanlar
Sorğu

Nazim Bayramov: “Koronavirusa görə yarışın təxirə salınması bizi kədərləndirdi”

Baxılıb: 278     Tarix: 03-02-2020 20:59   
Nazim Bayramov: “Koronavirusa görə yarışın təxirə salınması bizi kədərləndirdi”

“Dörd ay idi ki, Çində keçiriləcək dünya çempionatına hazırlaşırdıq. Çünki orada medal qazanmaq şansımız vardı. Yaxşı da hazırlaşmışdım. Mən və Aleksis Kopelyo üçtəkanla tullanma yarışlarında iştirak etməli idik”.

Sumqayitfakt.Az bildirir ki, bunu oxu.az-a açıqlamasında qapalı məkanda üçtəkanla tullanma üzrə Avropa çempionumuz Nazim Bayramov deyib.

13-15 mart tarixlərində Çinin Nançin şəhərində keçirilməsi nəzərdə tutulmuş 18-ci atletika üzrə qapalı məkanda dünya çempionatı koronavirusa görə təxirə salındı. Azərbaycan idmançıları da bu yarışda mübarizə aparmalı idilər. N.Bayramov yarışın təxirə salınmasına görə təəssüfləndiyini bildirir:

“Heyf ki, koronavirusa görə yarış təxirə salındı. Bu da bizi kədərləndirdi. Halbuki karyeramın ən yaxşı formasında idim. Gücümü indi reytinq xalları verən Qran Prilərdə yoxlayacağam”.

Daha sonra N.Bayramov 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq yollarını açıqlayıb:

“Bildiyiniz kimi, bizdə Olimpiadaya vəsiqəni iki cür qazanmaq olur. Həm nəticə ilə, həm də reytinqlə. Hansısa yarışda 17.14 metrdən çox uzunluğa tullana bilsəm, Olimpiadaya birbaşa vəsiqə qazanıram. 16 idmançı bu nəticə ilə Olimpiadada çıxış etmək imkanı qazanıb. Dünya reytinqi ilə isə ilk 32 idmançı Olimpiadada çıxış etmək hüququ əldə edir. Hazırda reytinqdə 11-ci yerdəyəm (yeri gəlmişkən, kubalı legionerimiz Aleksis Kopelyo yeddincidir – S.M.). Ümumilikdə, Olimpiadada atletikanın bu növündə 32 idmançı yarışmalıdır”.

Qeyd edək ki, Yay Olimpiya Oyunlarında kişilərdə atletikanın üçtəkanla tullanma növü üzrə yarışların təsnifat mərhələsi avqustun 4-də, final mərhələsi isə 6-da keçiriləcəck.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər