Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

Cüdo üzrə komandalararası açıq şəhər birinciliyinə yekun vuruldu - ŞƏKİLLƏR

Baxılıb: 281     Tarix: 23-09-2019 18:40   
Cüdo üzrə komandalararası açıq şəhər birinciliyinə yekun vuruldu

21-22 sentyabr 2019-cu il tarixlərində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Paralimpiya İdman Kompleksində Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş 2008-2009-cu il təvəllüdlü oğlan və qızlar arasında cüdo üzrə komandalararası açıq şəhər birinciliyi keçirilmişdir.

Sumqayitfakt.Az xəbər verir ki, yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə kütləvi bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirildiyini, bu sahənin Dövlət siyasətinin prioritetlərindən birinə çevrildiyini və yüksəlişinin əsası qoyularaq Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi Beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulmasının geniş vüsət almasını qeyd etdi, ölkəmizdə idmanın sürətli inkişafından danışaraq əldə olunmuş bütün nailiyyətlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısının nəticəsi olduğunu vurğuladı və idmançıların hər birinə yarışda uğurlar arzuladı.

Şəhərdə ilk dəfə keçirilən komandalararası birincilikdə 110-dan artıq idmançı qalib adı uğrunda mübarizə aparmışdır. İki gün davam edən gərgin idman mübarizəsi şəraitində keçən yarışda 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin 1-ci komandası I yerə, həmin məktəbin 2-ci komandası II yerə, İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq Gənclər İdman Məktəbinin və “Təhsil” RİMSŞ 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbinin komandaları isə III yerlərə layiq görülmüşlər.

Yarışın qalib və mükafatçıları Baş İdarə tərəfindən fəxri fərman, medal, kubok və hədiyyələrlə təltif olunmuşlar.





Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər